2022-ci ilin noyabrında start götürən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan minifutbol turniri sona çatıb.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb.
Finalda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivləri üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı qolsuz bitib. Penalti seriyasında isə daha dəqiq oynayan FHN çempion olub. Beləliklə, ikinci yeri DTX, üçüncü yeri SOCAR tutub.
Görüş başa çatandan sonra keçirilən mərasimdə turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçısı Yəhya Nağıyev (FHN), “feyr-pley” nominasiyasında isə Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.
Qalib komandaya veriləcək digər mükafatlar haqda redaksiyamıza maraqlı məlumat daxil olub. Deyilənə görə, FHN çempionlara avtomobil hədiyyə edəcək.
"Football-plus.az" olaraq informasiyanı dəqiqləşdirmək məqsədilə qurumun İdman-sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayevi aradıq: