“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimiz mübarizəni dayandırdı - YENİLƏNİB

5.05.2023 22:58 381
İdman
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçirilib.

A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar hesabı açsalar da, ikinci hissədə rəqib qapısından 3 top keçirən Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.

Bununla da milli turnirin yarımfinalına vəsiqə qazanıb. Komanda bu gün saat 20.00-da Serbiya ilə finala vəsiqə qazanmaq uğrunda qarşılaşıb.

Pley-off

1. 11.00. Fransa – Azərbaycan 2:3

2. 12.30. Çexiya – Ukrayna 4:1

Yarımfinal

20.00. Serbiya – Azərbaycan 3:2

21.30. Qazaxıstan – Çexiya 2:8