“Real"”da aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyanın qalibi Vinisius Junior olub. O, azarkeşlər arasında keçirilən səsvermədə Kərim Benzema, Rodriqo Qoes, Marko Asensio və Eduardo Kamavinqanı arxada qoyaraq ardıcıl üçüncü dəfə klubda ayın ən yaxşı oyunçu olub.
Qeyd edək ki, Vinisius ötən ay komandada bütün yarışlarda 8 matçda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.