Azarkeşlər onu seçdilər

12.03.2023 23:15 225
Dünya futbolu
“Real”ın fevral ayında ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Vinisius Junior olub. Braziliyalı hücumçu azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub.
Xatırladaq ki, Vinisius fevralda bütün turnirlərdə meydana çıxdığı 7 matçda 6 qol vurmuşdu.