Almaniya millisi bir aydan sonra 1000-ci oyununa çıxacaq. Yubiley matçı yoldaşlıq görüşünə təsadüf edəcək.
"Football-plus.az" xatırladır ki, bundestim AÇ-2024-ün seçmə turnirində iştirak etmir. Səbəb qitə çempionatının bir ildən sonra Almaniyada təşkil ediləcəyi ilə bağlıdı.
Almaniya Futbol İttifaqının rəsmi saytının xəbərinə görə, bundestimin yubiley matçı Ukrayna yığmasına qarşı olacaq. Görüş iyunun 12-də Bremendə keçiriləcək.
Xeyriyyə xarakterli oyunun təşkilindən əldə ediləcək vəsait Rusiyanın hərbi hücumu nəticəsində Ukraynadan qaçqın düşənlərə yardım fonduna köçürüləcək.