Nazarov yubiley matçı ilə bağlı danışdı

8.05.2022 15:53 525
Ölkə futbolu
Almaniya 1-ci divizionunda 34-cü turun oyunları keçiriləcək.

"Football-plus.az" saytının məlumatına görə, Dimitri Nazarovun çıxış etdiyi "Erzgebirge" "Verder"lə üz-üzə gələcək. Bu qarşılaşma millimizin üzvü üçün böyük mahiyyət daşıyır. Bu onun 2-ci bundesliqada keçirəcəyi 250-ci matç olacaq. Nazarov bununla bağlı "Tag24"ə danışıb.

"Verder" elitaya yüksəlmək istəyir. Onlar bu uğurla ötən mövsüm Bundesliqadan 2-ci liqaya düşməyi unutmağı hədəfləyirlər. Amma bu, bizi maraqlandırmır. Yubileyimi turnirin ən yaxşı komandalarında birinə qarşı keçərəcəyim məni sevindirir. Avropanın ən güclü ikinci divizionunda bu qədər çox oyun keçirə bildiyim üçün qürur duyuram".