Fərəc Əliyev: “Adi iclaslardan birini keçirdik”

14.04.2023 23:54 340
Ölkə futbolu
Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Misli premyer-liqası klublarının nümayəndələri iştirak edib.

Rəsmilərin hansı məsələləri müzakirə etdiyini öyrənmək üçün "Səbail"in icraçı direktoru Fərəc Əliyevə müraciət etdik:

"Adi iclaslardan birini keçidik. Ümumi fikirlər səsləndi, təkliflər verildi. Daha çox maliyyə məsələləri, qadın futbolu, Region Liqası ilə bağlı nüanslara üstünlük verildi".


ABDULLA İSMAYILOĞLU