İrqçiliyə görə həbs olundular

5.11.2022 16:48 453
Çempionlar Liqası
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Mançester Siti” - “Sevilya” matçında insident qeydə alınıb.

Football-plus.az xəbər verir ki, buna görə İspaniya klubunun iki azarkeşi həbs olunub.

Onlar rəqib komandanın futbolçusu Riko Lyuisi təhqir etdiklərinə görə məsuliyyətə cəlb ediliblər. MS-nin rəsmi saytının məlumatında klubun belə hallara səssiz qalmayacağı da bildirilib:

“Biz stadionumuzda ayrı-seçkiliyə dözməyəcək və bu dəhşətli hadisədən sonra Rikoya hər cür dəstək verəcəyik”.


“Sevilya” da azarkeşlərinin davranışının qəbuledilməz olduğunu vurğulayıb. Matçın MS-nin 3:1 hesablı qələbəsi ilə nəticələndiyini bildirək.