• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ferstappen Bakı mərhələsi haqda nə dedi? - MÜSAHİBƏ

Aktual

5-05-2023, 14:0

“Formula-1” üzrə dünya çempionatında daha bir mərhələ arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, Bakı mərhələsinin qalibi “Red Bull”un pilotu Serxio Peres oldu. Onun komanda yoldaşı, DÇ-nin favoritlərindən biri Maks Ferstappen son müsahibəsində bəzi aktual sualları cavablayıb.

- “Formula-1” karyeranızda 81-ci dəfə fəxri kürsüyə yüksəlməklə bu göstəricidə əfsanəvi Ayrton Sennanı arxada qoyduz. Braziliyalı 80 dəfə finişə ilk “üçlük”də çatmışdı. Həm son yarışı, həm də ümumilikdə Bakıda keçirdiyiniz həftəsonunu necə dəyərləndirərdiz?
- Bu mərhələ ümumilikdə bir qədər təlaşlı alındı, ancaq indiki formatda bunu gözləmək olardı. Sırf yarışdan danışırıqsa, ilk bölümdə təkərlərlə iş baxımından daha aqressiv davranmalıydım. Düşünürəm ki, hədsiz ehtiyatlıydım. Məhz bu üzdən Serxio düz arxamda gəlirdi, ardından pit-stopa qərar verdim. Demək istəyirəm ki, hansısa maşının dayandığını görəndə düşündüm ki, onun pilotu, sadəcə, əyləci basıb. Həmin epizodu təhlil etmək lazım gələcək, axı indi aydındı ki, həmin maşını (Nik de Vrisin sürdüyü “Alfa Tauri”ni – red.) görə bilməzdim, hərçənd görünürdü ki, təkərlərdən biri zədələnib. Pit-stop qərarı nəticəmə təsir etdi. Təhlükəsizlik maşını trassı tərk edəndən sonra Serxioya pressinq etməyə, ona çatmağa (Ferstappen 3-9-cu, Peres 10-51-ci dövrələrdə liderlik edib – red.) çalışdım, hansısa məqamda buna yaxın idim. Ancaq Serxionu haqlamaqdaykən təkərlərim “təslim oldu”, bunun belə tez baş verəcəyini gözləmirdim. Bir sözlə, hansısa məqamda, sadəcə, 2-ci yeri qorumağa qərar verdim ki, təkərlər tam sıradan çıxmasın. Döngələrdə optimal balans tapmaq çox çətin idi.

Bakı trassında isə hər şeyi düz etsən, məhz döngələrdə əməlli-başlı fərq açmaq olur. Məndə əvvəlcə dönmənin yetərincə olmaması, ardından artıq olması üzündən problem yarandı. Yarış boyunca tənzimləmələri dəyişməyə, maşının daha düzgün davranışına nail olmağa çalışdım. Düşünürəm ki, sonda heç də pis olmayan çıxış yolu tapdım, son 10 dövrəni daha inamla qət etdim. Son nəticədə finiş xəttinə ikinci çatmağımdan razıyam. Əlbəttə, adam həmişə qalib gəlmək istəyir. Ancaq bəzən həftəsonunun belə nəticələnməsi də lazımdı. Axı belə nəticələr da pilota çox şey öyrədir, maşını daha yaxşı anlamağa yardım edir.

- İlk “üçlük”də qərarlaşan pilotların maşınlarının tempini necə müqayisə edərdiz? Nə düşünürsüz, “Ferrari” hansısa mənada geriliyi azalda bildimi?
- Güman edirəm ki, yetərincə sürətli maşınımız var. Dəqiq xatırlamıram, ancaq məncə, finişdə onları 20 saniyə qabaqladıq. Əlbəttə, bütün gücümüzlə hücum edirdik, ancaq bizdən arxada olanlar da “boşalmağa” imkan vermirdi. Maşını daha sürətli etməyə çalışırıq, axı bizi uzun mövsüm gözləyir, irəlidə ən müxtəlif trasslarda yarışlar olacaq. Ancaq Bakıdakı həftəsonunu komandamız üçün ümumilikdə müsbət dəyərləndirirəm.

- Dediniz ki, təhlükəsizlik maşını trassa daxil olana qədər Nik de Vrisin maşınının dayandığını gördüz, ancaq onun hərəkəti davam etdirə biləcəyinə əmin deyildiz. Belə anlamaq olar ki, vəziyyəti qiymətləndirməli olan komandanızın təhlükəsizlik maşınının trassa çıxacağını öncədən görməli olmasına bel bağlamısız. Məhz bu üzdən komanda ilə birgə epizodu təhlil etməli olduğunuzu deyirsiz?
- Bəli, onu nəzərdə tuturam ki, dayanan maşını gördüm, ancaq ekranda gördüm, belədə maşının təkərlərinin yerində olub-olmadığını dəqiqləşdirmək mümkün deyildi. Demək istəyirəm ki, komandada bu epizodla bağlı daha geniş bilgi olmalıydı. İndi hər şeyi təhlil etməli və həmin anda başqa nəsə edə bilmək imkanımızın olub-olmadığını üzə çıxarmalıyıq.

- Serxio sizdən cəmi 6 xal geri qalır – bu məqam ardıcıl 3-cü dəfə dünya çempionluğunu qazanmaq planınıza nə dərəcədə təhlükə yaradır? Dünya çempionluğu uğrunda yalnız ikiniz mübarizə aparacağınız təqdirdə normal münasibətləri qoruya biləcəksizmi?
- Birmənalı şəkildə indi ən sürətli maşınlar bizdədi. Ancaq əvvəllər də belə vəziyyətdə olmuşam, indi hər şey sizin nə dərəcədə sabit çıxış edəcəyinizdən asılıdı. Bunu hər birimiz anlayırıq. Mövsüm uzundu, bizi irəlidə bir-birindən kəskin şəkildə fərqlənən trasslarda mübarizə gözləyir. Ancaq özünüz də görürsüz ki, Serxionun bu il, həqiqətən də, ciddi niyyəti var. O, çox yaxşı çıxış edir, bunu görmək xoş mənzərədi. Serxio get-gedə daha inamla yarışır, “Red Bull”da onun üçün hər şey rahatdı, bu da bizim xoşumuza gəlir. Mənə elə gəlir ki, trassdan kənarda da onunla yaxşı vaxt keçiririk.

Və daha bir məqamı qeyd etməliyəm: kimsə vəzifəsinin öhdəsindən əla gəlirsə, bunu etiraf etmək və dəyərləndirmək lazımdı. İndi məhz belə proses yaşanır. Mövsümün sonuna qədər rəqabət aparmağımız normaldı. Həyatımız boyunca bununla məşğuluq.

Paylaş:
Digər xəbərlər

İdman

9-03-2023, 15:0

Ferstappen yeni mövsümə də qələbə ilə başladı

İdman

29-04-2023, 18:0

"Formula-1": Serxio Perez Bakıdakı ilk sprint yarışının qalibi oldu

İdman

29-03-2023, 17:0

O olmasın, bu olsun!

İdman

5-04-2023, 17:0

Yenə “Red Bull” qazandı: bu dəfə Ferstappen - ŞƏRH

İdman

25-05-2022, 13:0

Serxio Peres: "Nələrisə kollektiv daxilində müzakirə etməliyik" - AÇIQLAMA

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə