• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” şübhəli qolla “həyata döndü” - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 13:0

Şənbə günü Qəbələdə ikinci “beşlik”də qərarlşan iki komanda üz-üzə gəldi. Nominal meydan sahibi "Kəpəz" "Sumqayıt"ı qonaq edirdi.

İlk yarı təhlükəli vəziyyətlər baxımından o qədər zəngin olmadı. Qapı istiqamətində bir-iki təhlükəli zərbəni nəzərə almasaq, mübarizə əsasən meydanın mərkəzində gedirdi. Ümumiyyətlə, bütün 90 dəqiqə, demək olar, qarşılıqlı hücumlar şəraitində keçdi. İstər Gəncədən, istərsə də Sumqayıtdan gələn azarkeşlər bərabər mübarizə şəraitində keçən oyun izlədi. Nə Tərlan Əhmədovun, nə də Samir Abasovun komandasının aşkar üstünlüyü var idi. Bu qarşıdurmanın taleyini bir qolun həll edəcəyi çoxlarına aydın idi. Məhz belə də oldu. 64-cü dəqiqədə İsgəndərli Todorun cinahdan qapıya paralel ötürməsini bir toxunuşla “çərçivə”yə yönəltdi.

Vüsalın qolu effektli alınsa da, “kimyaçılar”ın “10” nömrəsinin həmin an oyundankənar vəziyyətdə olduğu aşkar görünürdü. Videotəkrara baxmaqla da bunu görmək olar. Lap videotəkrarda baxış bucaqları aldadıcıdı. Hər halda, daha dəqiq qərar üçün VAR var. Ancaq görünür, həmin gün VAR-da oturan hakimin öz baxışı bucağı olduğundan ofsaydı görə bilmədi və ya görmək istəmədi. Sonradan bəlli oldu ki, Vüsalın mübahisəli qolu həm də matçın nəticəsini müəyyənləşdirdi. Çünki qalan dəqiqələrdə “sarı-göylər” çox çalışsa da, “kimyaçılar”ı məyus edə bilmədi. Açığı, həmin gün Gəncə təmsilçisi qələbəyə layiq oyun da sərgiləmədi. Son turlarda görməyə adət etdiyimiz “Kəpəz”dən əsər-əlamət yox idi. Komandanın liderləri – nə ikinci hissədə meydana çıxan Abdullahi Şuaybu, nə Ahmed Ayzaya, nə də Martins Junior özünə bənzədi. Sanki “Kəpəz” meydana yorğun və həvəssiz çıxmışdı.

“Sumqayıt”a gəlincə, Samir Abasovun komandası da parlaq oyun sərgiləmədi. Buna baxmayaraq, evə əlidolu dönməyi bacardı, hər nə qədər qolu mübahisə doğursa da. “Kəpəz” üzərində qələbə sumqayıtlılara elitada yerini qorumaq baxımından vacib 3 xal qazandırdı.

Gözdən qaçmadı
* Nominal meydan sahibi “Kəpəz” olsa da, sumqayıtlı fanatlar daha fəal görünürdü. Onu da qeyd edək ki, “kimyaçılar”ın fanklubu hakimin start fitindən sonra arenaya daxil oldu.
* Gəncəli azarkeşlər oyunun müəyyən dəqiqələrində rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr səsləndirirdi. İlk yarının son dəqiqələrində onların söyüşlərinə dözməyən “Sumqayıt”ın mühafizə xidmətinin rəhbəri Elnur İbişov üzünü azarkeşlərə tutaraq “onlar da bizdən biridi, nəyə görə təhqirə yol verirsiz” söyləyib, söyüş söyən azarkeşə iradını bildirdi.
* Matçda vurulan yeganə qolun müəllifi Vüsal İsgəndərlinin sevincini çılğın şəkildə qeyd etməsi gəncəlilərin xoşuma gəlmədi. Matç başa çatandan sonra futbolçu paltardəyişmə otağına yollanarkən fanatlardan biri onu plastik butulka ilə vurmağa cəhd etdi. Butulka Vüsala yox, köməkçi-məşqçi Mübariz Orucovun çiyninə dəydi. Butulka atan azarkeşi isə asayiş keşikçiləri tribunadan uzaqlaşdırıb polis maşınına apardı.
* “Kəpəz”in fotoqfarı klubun mətbuat katibi Azad Musatayevin başağrısına çevrilmişdi. Fotoqraf oyunun əvvəlində bir neçə dəfə ona aid olmayan yerdə dayanıb kadr tutmaq istəyirdi ki, bu da Azad bəyi özündən çıxarırdı. Sonda Mustafayev məcburiyyətdən klubun əməkdaşını meydanın kənarına yollayıb fotoqrafa xəbərdarlıq etdi.

Maraqlıdı...
“Kəpəz” üzərində qələbə Samir Abasov üçün ikiqat yubileylə əlamətdar olub. 45 yaşlı mütəxəssis premyer-liqada 75-ci uğura sevinib. Abasov buna 190-cı matçında nail olub. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox qarşılaşmada qələbə sevinci yaşayan 14-cü baş məşqçidi. Abasovun rəhbərliyi altında 122-ci oyuna çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionata, 4-ü kuboka təsadüf edib.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

18-04-2023, 20:0

Yerindən tərpənən olmadı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

15-09-2022, 14:0

Yalnız İnqilab Məmmədov yarıtmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Reportaj

13-03-2023, 13:0

“Sabah” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 17:0

“Qəbələ” “Zirə”yə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

18-04-2023, 19:0

“Kəpəz” tilsimi Qəbələdə qırdı - REPORTAJ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə