• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yalnız İnqilab Məmmədov yarıtmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

15-09-2022, 14:0

Misli premyer-liqasının 6-cı turu hakimlik baxımından mübahisələr doğurdu.

Onlar 5 oyunda ümumilikdə 30 dəfə əlini cibinə atdı. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova sarı, “Sabah”ın çalışdırıcısı Murad Musayevə qırmızı vərəqə göstərildi. Bundan başqa, “Səbail”lə “Sabah”ın bir futbolçusu meydandan qovuldu. Turun ən kobud komandası “Sabah”dı. “Bayquşlar”ın 5 futbolçusu “Qarabağ”la matçda sarı vərəqə aldı ki, bunlardan da biri “qırmızı”ya çevrildi. Ən centlmen komandalar isə “Şamaxı”, “Qarabağ” və “Qəbələ”di. Hər üç komandanın yalnız 1 futbolçusu “sarı”ya tuş gəldi. Reportyorlarımızın qeydlərinə keçid alaq.

Qarabağ – Sabah, İNQİLAB MƏMMƏDOV
Turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında hər şey var idi. Qeydə alınmayanı da nəzərə alsaq, ümumilikdə 8 qol, qırmızı və sarı vərəqələr, penalti qərarları matça damğa vurdu. Bir sözlə, əsl Avropa səviyyəli oyun izlədik. Hakimlik isə “axsadı”, oyunun prinspiallığına uyğun idarəçilik olmadı. Məsələn, “Qarabağ”ın qazandığı ilk penalti epizodunda topun Amin Seydiyevin əlinə dəyib-dəymədiyi dəqiq görünmür. Hər halda, epizoda bizdən daha yaxın olan referinin bu qərarına hörmətlə yanaşmaq olar. Lakin ikinci penalti zamanı İnqilab Məmmədova haqq qazandıracaq heç nə yoxdu. Bəli, bu epizodda həqiqətən penalti var idi. Sədəcə, bundan öncə top “Qarabağ”ın futbolçusundan meydanı tərk etsə də, oyuna yenə “köhlən atlar” başladı. Bunu görməyən Məmmədov isə davamında Kadiyə qarşı cərimə meydançasındakı kobudluğu penalti kimi dəyərləndirdi. Qəribədi ki, baş hakimin heç bir köməkçisi, hətta VAR hakimi Əliyar Ağayev də bunu görmədi. “Sabah”ın son saniyələrdə vurduğu bərabərlik qolu da mübahisəyə açıqdı. İnqilab Məmmədov oyundankənar vəziyyət qeydə alsa da, “Sabah”ın hücumçusundan çıxan topun öncə “Qarabağ”ın futbolçusuna dəydiyi aydın görünür. Daha sonra isə qonaq komandanın oyunçusu topu qapıya göndərir.

Turan Tovuz – Kəpəz, VÜQAR HƏSƏNLİ
Baş hakim lazımsız fasilələrə maksimum imkan verməyərək açıq futbola şərait yaratdı. Oyunda penalti epizodundan başqa mübahisə doğuracaq məqam olmadı. Həmin vaxt da hakim VAR-a baxandan sonra “nöqtə”ni göstərdi.

Qəbələ - Neftçi, RƏVAN HƏMZƏZADƏ
İddialıların oyununun sürətli, qarşılıqlı hücumlar və gərgin mübarizə şəraitində keçəcəyi aydın idi. Rəvan Həmzəzadə bunu əvvəlcədən bildiyi üçün maksimum diqqətli olmaqla yanaşı, açıq futbola da şərait yaradırdı. Yersiz dayanmalara mümkün qədər yol vermədi. Meydan sahibləri 4 qol vursa da, bunlardan üçü qeydə alınmadı. Referi oyundankənar vəziyyətləri dəqiqləşdirmək üçün VAR-ın köməyinə ehtiyac duydu. Ümumiyyətlə, Həmzəzadənin oyunu yaxşı idarə etdiyini deyə bilərik.

Səbail – Zirə, RAUF ALLAHVERDİYEV
Rauf Allahverdiyev işinin öhdəsindən gələ bildi. Onun verdiyi qərarların, demək olar ki, hamısı doğru idi. "Səbail" 2-ci dəqiqədə fərqlənsə də, oyundankənar vəziyyət qeydə alındığı üçün qol sayılmadı. Ağabala Ramazanov həqiqətən də ofsaydda idi. "Səbail" 65-ci dəqiqədə daha bir qol vursa da, yenə qeydə alınmadı. Yan xətt hakimi ofsayda işarə etdi. Bu epizodda da görünür ki, ötürmə zamanı oyundankənar vəziyyətdə olan Tural Bayramlı topa müdaxilə edir. Bu qərar da doğru idi. 69-cu dəqiqədə isə Toni Qomeş "Zirə"nin görüşdə 3-cü qolunu vurdu. Bu epizodda da yan xətt hakiminin bayrağı havaya qalxdı. Belə ki, top məhsuldar ötürmə edən Rəhim Sadıxova çatarkən yarımmüdafiəçi artıq oyundankənar vəziyyətdə idi. Tural Bayramlıya göstərilən qırmızı vərəqə də haqlı idi. Yarımmüdafiəçi 65-ci dəqiqədə etiraz etdiyi, 72-ci dəqiqədə isə sərt oynadığı üçün iki "sarı"nın ardından "qırmızı" ilə cəzalandı. Düzdü, "dənizçilər" iddia edir ki, Turalı ikinci epizoda görə bağışlamaq olardı. Lakin təkrara baxan Rauf Allahverdiyevin doğru qərar verdiyi aşkar görünür.

Sumqayıt – Şamaxı, FƏRİD HACIYEV
Autsayderlərin matçı erkən qolla başlasa da, hakimlər briqadasının üzərinə, demək olar ki, ağır yük düşmədi. Oyunda yeganə şübhəli məqam 1-ci dəqiqəyə təsadüf edən qayda pozuntusu idi. Həmin an çoxlarına elə gəldi ki, Cəlal Hüseynov Vüsal İsgəndərliyə qarşı qaydalar çərçivəsində mübarizə aparıb. Ancaq epizodun təkrarına baxanda aşkar görünür ki, Cəlal mübarizə anında Vüsalın ayağını tapdalayır. Hacıyev həmin an “nöqtə”ni göstərməklə düzgün qərar qəbul etmişdi. Qalan dəqiqələrdə baş hakimin xırda metodiki səhvləri olsa da, ümumilikdə rəhbərlik etdiyi briqada oyunu yüksək səviyyədə idarə etdi.

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

8-04-2022, 18:0

İnqilab Məmmədov “istirahət”i haqq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual / Manşet

7-05-2022, 15:0

İnqilab Məmmədovdan şübhəli qərar

Aktual
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Son xəbərlər
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • 18-07-2026, 23:0
    “Şamaxı”dan yeni transfer
  • 18-07-2026, 23:0
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • 18-07-2026, 22:0
    Roderik Miller hardadı?
  • 18-07-2026, 22:0
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • 18-07-2026, 22:0
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • 18-07-2026, 21:0
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • 18-07-2026, 21:0
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • 18-07-2026, 20:0
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 180
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 138
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə