La Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

25.05.2022 20:29 463
Dünya futbolu
"Xetafe" baş məşqçisi Kike Sançes Floreslə yeni müqavilə imzalayacaq.

"Football-plus.az" xəbər verir ki, 57 yaşlı mütəxəssislə sözləşmənin 2 il müddətinə uzadılması ilə bağlı razılıq əldə edilib. İmza mərasimi 27 may tarixində baş tutacaq

Kike Sançes Flores 2021-ci ilin oktyabr ayından "Xetafe"ni çalışdırır. Komanda onun rəhbərliyi altında İspaniya La Liqasında ötən mövsüm 39 xalla 15-ci olub.