Ruben Selyesin “Sauthempton”dakı statusu dəyişib. O, artıq müvəqqəti baş məşqçi deyil.
Football-plus.az xəbər verir ki, rəhbərlik onunla yeni müqavilə bağlayıb. İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 39 yaşlı mütəxəssis komandanı mövsümün sonuna qədər çalışdıracaq. Selyes baş məşqçi vəzifəsində fevralın 12-də istefaya göndərilən Natan Consu əvəzləyib. Selyes fevralın 18-dən “Sauthempton”un müvəqqəti çalışdırıcı idi. Premyer-liqada 20-ci yerdə olan komandanın onun rəhbərliyi altında həmin gün “Çelsi”ni səfərdə məğlub etməsi (1:0) rəhbərliyin mövqeyinə çox təsir edib.
Xatırladaq ki, Selyes 2022-ci ilin noyabrında da “Sauthempton”un müvəqqəti çalışdırıcı statusunu daşıyıb. Onda istefaya göndərilən Ralf Hazenhüttlü əvəzləmişdi. İspaniyalı mütəxəssisin 2012-14-cü illərdə “Neftçi”də, 2015-17-ci illərdə isə “Qarabağ”da məşqçilik etdiyini də yada salaq.