Aleksandr Lyakazett yayda klubunu dəyişmək qərarına gəlib.
“Arsenal”ın 30 yaşlı hücumçusunun klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Onun azad agent kimi doğma klubuna qayıtmaq ehtimalı yüksəkdi. Aleksandr bu haqda “Canal Plus”a açıqlamasında belə deyib: “Bir çox klublarla danışıq aparıram və təkliflərə açığam. “Lion”? Biz çox yaxınıq. “Lion” rəhbərliyi bilir ki, mən yayda azad agent olacağam. Avropada oynamaq istəyirəm. Uzun müddətdi Çempionlar Liqasında oynamıram, bu turnir üçün darıxıram”.