Şahmat üzrə sabiq dünya çempionu, Rusiya Dövlət Dumasının deputatı Anatoli Karpov xəstəxanadan evə buraxılıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda onun köməkçisi Albert Stepanyan məlumat verib.
71 yaşlı Karpovun xəstəxanaya düşməsi ilə bağlı ilk xəbər oktyabrın 31-də yayılmışdı. “112” “teleqram” kanalı iddia edirdi ki, o yerə yıxılandan sonra başından zərbə alıb və süni nəfəs aparatına qoşulub. Qrossmeysterin xanımı Natalya Karpovanın dediyinə görə, sabiq dünya çempionunun vəziyyəti hazırda yaxşıdı.