Millimiz Qazaxıstanla iki yoldaşlıq oyunu keçirəcək

9.09.2022 11:33 397
İdman
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.

"Football-plus.az" AFFA-nın satına istinadən xəbər verir ki, millimiz təlim-məşq toplanışında sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə 16.00) başlayacaq.