2021/22 mövsümündə İtaliya A Seriyasında çempion olan "Milan" heyətini gücləndirmək niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar" İngiltərə premyer-liqasında çıxış edən 2 futbolçunu transfer etmək istəyir.
"Milan" təmsilçisi "Mançester Yunayted"dən Cessi Linqard, "Mançester Siti"dən Riyad Mahrezlə maraqlanır.
Qeyd edək ki, ingilis futbolçunun klubu ilə müqaviləsi bu yay başa çatır. Riyad Mahrez isə 2023-cü ilə qədər "Mançester Siti"yə məxsusdu. "Milan" onun transferi üçün "şəhərlilər"ə 40 milyon ödəməlidi.