"Qarabağ" təsdiqlədi: Almaniya şirkəti ilə əməkdaşlığa başlayır

27.04.2023 22:15 489
Premyer-liqa / Manşet
Bir müddət öncə "Qarabağ"ın yeni mövsümdən etibarən yeni şirkətlə əməkdaşlığa başlayacağını diqqətinizə çatdırmışdıq.

"Football-plus.az" xəbər verir ki, söhbət "Adidas"dan gedir. Almaniya şirkəti komandanı forma ilə təmin edəcək. İnformasiya ilə bağlı detallı bilgi almaq üçün "köhlən atlar"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Bəli, informasiya doğrudu. Növbəti mövsümdən etibarən formamız "Adidas" firmasından olacaq. Müqavilənin detalları ilə bağlı ətraflı məlumat verə bilmərəm. Amma şirkət bizi bütün geyim dəstləri ilə təmin edəcək".

Qeyd edək ki, “Qarabağ” bu mövsüm yerli brend olan “IL’Azero”ya üstünlük verib.

İLKİN SULTANLI