“CBC Sport”un əməkdaşı “ASCO Arena”da problemlə üzləşib

27.04.2023 21:30 529
Premyer-liqa / Manşet
"Səbail" - "Neftçi" oyununun 25-ci dəqiqəsində matçı şərh edən Pərviz Musayevin izlədiyi monitorda yayın siqnalı dayandı. Problem təxminən 3-4 dəqiqə sonra yoluna qoyuldu.

"Football-plus.az" saytı olaraq bunun nədən qaynaqlandığını aydınlaşdırmaq üçün Musayevlə əlaqə saxladıq:

"Ciddi bir problem yox idi. Sadəcə, ekrana qoşulan kabellərdən biri yerindən çıxmışdı. Tezliklə onu yerinə taxdıq və yayın davam etdi".

ABDULLA İSMAYILOĞLU