17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək turnirdə yığmamız Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Millimizin oyunlarının təqvimini və komandanın heyətini diqqətinizə çatdırırıq:
13 may. Saat 17.00
Azərbaycan – Zambiya
16 may. Saat 17.00
Azərbaycan – Gürcüstan
1 Hüseynov Osman - Riqa (Latviya)
2 Məmmədzadə Sadiq - Səbail
3 Məmmədov Musa - Qarabağ
4 Qaracayev Ayxan - İUGOEM
5 Hüseynov Hüseyn - Turan Tovuz
6 Feyziyev Kənan - Sumqayıt
7 Tarverdiyev Əhməd - Sabah
8 Rəhimov Allahverdi - Qəbələ
9 Mahmudzadə Taleh - Neftçi
10 Bağırov Dinamin - Turan Tovuz
11 Məmmədov Murad - Neftçi
12 Cəfərli İlkin - Qarabağ
13 Budaqov İlkin - Qəbələ
14 Məmmədli Sadiq - İUGOEM
15 Mirzəyev Teymur - Sabah
16 Əhmədzadə Nihad - Sumqayıt
17 Allahverdiyev Məhəmməd - İUGOEM
18 Ələkbərli Əşrəf - İUGOEM
19 Mənsumov Davud - Qarabağ
20 Ağalarov Enar - Neftçi