"Football-plus.az" saytı olaraq “Zirə-2”nin baş məşqçisi Zaur Həşimovla əlaqə saxladıq. Onun söylədiklərinə keçid alaq:
"Ehtiyat skamyada futbolcuların sayının az olmasının bir neçə səbəbi var. Əvvalə onu xüsusi qeyd edim ki, qış fasiləsində 8 futbolcuyla vidalaşmışıq. Onların bir neçəsi perspektiv və inkşaf görmədiyimiz oyunçulardı. Hazırda 17 futbolçu ilə cempionata davam edirik. "Səbail-2" ilə qarşılaşmada isə 3 zədəli, 1 cəzalı oyuncumuz olduğundan ehtiyatda cəmi 5 nəfər vardı ki, onları da meydana buraxdıq. Ona görə də oyunlarda heyət baxımdan kasadlığımız var".
ABDULLA İSMAYILOĞLU




