İvana Knoll Bakıya gəlir - FOTO

20.04.2023 11:03 1 021
Maraqlı / Foto
Son dönəmlərin ən çox diqqət mərkəzində olan və müzakirə edilən xanımı İvana Knoll Bakıya səfər etməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, ''Formula-1'' üzrə mövsümün 4-cü qran-prisi aprelin 28-30-da paytaxtımızda keçiriləcək.

Xorvatiyalı model 3,4 milyon təqibçisi olan ''instaqram'' səhifəsinin hekayə bölümündəki paylaşımında bunları deyib:

''Bildiyiniz kimi mən ''Formula-1''in böyük pərəstişkarıyam. Növbəti yarış Azərbaycanda olacağından gələn həftəsonu Bakıya səfər edəcəm. Bu fürsəti əldən vermək olmaz. Siz də mənə qoşulun. Görüşənə qədər''.


Xatırladaq ki, Xorvatiyada 2016-cı ildə gözəllik müsabiqəsinin qalibi olan 30 yaşlı Knoll Qətərdəki son mundialın gedişində böyük populyarlıq qazanmışdı. O, Xorvatiya yığmasının oyunlarına həddən artıq açıq-saçıq geyimlərdə gəlməsi ilə diqqət çəkmişdi.

Qətərlilər onun stadionlara girişinə qadağa qoyulmasını, hətta həbs edilməsini də tələb etmişdilər.

ƏLİ

İvana Knoll Bakıya gəlir