Divizionda iştirak etmək üçün müraciətlərin sayı artıb

17.04.2023 16:51 509
I liqa
Növbəti mövsüm 1-ci divizionla əvəzedicilərin çempionatı ayrılacaq. Ona görə də diviziona daha 4 komanda qoşulmaqla, 10 iştirakçının çempionatı təşkil olunacaq. Heç şübhəsiz, divizionda oynamaq üçün müraciət edən komandaların sayı günbəgün artır.

Görəsən, müraciət edənlərdən hansı 4 kluba üstünlük veriləcək? Komandalar hansı meyarlara görə irəli çəkiləcək? Bakı, yoxsa bölgə təmsilçiləri üstünlük qazanacaq?

"Football-plus.az" olaraq bu sualları aydınlaşdırmaq üçün PFL-in texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq:

"Bizə çoxlu klub müraciət edib və etməkdədi. Onlar arasında Bakı və bölgə təmsilçiləri də var. Müraciət edənlərin hamısına şərtlərimizi demişik. Hazırda sənəd yığımı davam edir. Prioritet kimi bölgə təmsilçilərinin divizionda çıxış etməsində maraqlıyıq. Müraciət edən komandalardan hansıların daha şanslı olub-olmadığını indidən açıqlamağı düzgün saymıram. Qarşıdakı həftələrdə hansı qərarlar verəcəyimizi mətbuata açıqlayacağıq".


ABDULLA İSMAYILOĞLU