Türkiyə nəhəngi premyer-liqanın bombardiri ilə maraqlanır - ÖZƏL

16.04.2023 11:24 1 073
Premyer-liqa / Manşet
Mövsümün sonu yaxınlaşdıqca futbolçular ətrafında transfer xəbərləri çoxalır.

"Football-plus.az" xəbər verir ki, belə oyunçulardan biri də "Qarabağ"ın və yığmanın forvardı Musa Qurbanlıdı.

Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, qış fasiləsində Polşa "Poqon"unun maraq dairəsinə düşən, bu günlərdə adı "Torino" ilə yanaşı hallanan hücumçunun xidmətində Türkiyə nəhəngi "Beşiktaş" da maraqlıdı. "Qara qartallar"ın skautları artıq neçə müddətdi Qurbanlının oyunlarını izləyir, hər matç barədə raport hazırlayıb məşqçilər korpusuna təqdim edirlər.

Xatırladaq ki, bu günə kimi premyer-liqanın bombardirinin hesabında 20 qol, 7 məhsuldar ötürmə var.

RƏŞAD