Superağır çəkidə sabiq WBC çempionu Deontey Uaylder (43-2) 90-cı illərdə rinqə çıxan ağırçəkililərlə müqayisədə zərbələrinin daha güclü olması haqda açıqlama verib:
“Mən daha güclü zərbə vururam! Bununla bağlı mübahisə etməyə dəyməz və burda pis heç nə yoxdu. Mayk Taysona demişəm ki, boksçuların yeni nəsli əvvəlkilərdən yaxşıdı. Burda heç bir hörmətsizlik yoxdu. Ona görə ki, mən köhnə məktəbin döyüşçülərinə hörmət edirəm. Yeni nəsil əvvəlkindən yaxşı olmalıdı. Bu baş verməsə, biz heç vaxt inkişaf etməyəcəyik. İnkişaf etmirsənsə, deməli, geri qalırsan.
Mayka belə demişəm: Məhəmməd Əli sənə yol açdığı kimi, sən də mənə yol açmısan, mən isə özümdən sonra gələnlər üçün yol açıram”.