“Nərimanın geri qayıdacağına ümid edirəm”

14.07.2022 16:09 365
İdman
Nəriman Abbasovun UFC-də çıxış edəcəyini xəbər vermişdik.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı idmançı bununla bağlı mətbuat konfransı da keçirib. Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib:

"Burda da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm".


Yüngül çəkidə titula sabiq iddiaçı – rusiyalı Marif Pirayevin, deyəsən, Nərimanla bitməyən hesabı var:

“İndi mənə Kamil Sulumovla döyüşməyi təklif edirlər. Amma mən Nərimanın geri qayıdacağına ümid edirəm. Onu gözləyirəm ki, hamının ağzını yumum. Nərimana uduzmaq çox ağırdı. Heç vaxt elə formada olmamışdım. Qəfəsə çıxdım və heç nə göstərmədim. Zərbə vururam və hiss edirəm ki, əllərimdə güc yoxdu”.


Xatırladaq ki, Pirayev iyunun 10-da Moskvada keçirilən döyüşdə Nəriman Abbasova texniki nokautla uduzub. Həmyerlimiz artıq UFC-də yarışmaq istədiyindən çempion titulu vakant qalıb ki, onun uğrunda Pirayevlə Sulumov döyüşməlidi.