Deontey Füriyə “fırıldaqçı” dedi

3.04.2023 20:30 311
İdman
Superağır çəkidə sabiq WBC çempionu Deontey Uaylder hazırda bu çəkidə kəməri daşıyan Tayson Fürini fırıldaqçılıqda suçlayıb, bununla belə, britaniyalının günahının konkret nədən ibarət olduğunu deməyib:

“Çoxları Füri ilə döyüş haqda danışırlar. Ancaq hər şeyin zamanı və yeri var. O fırıldaqçıdı. Bu yaramazı görmək belə istəmirəm. O məsələnin nədən ibarət olduğunu bilir. Fırıldaqçıdı. Tayson haqda çox şey bilirəm. Həm də təkcə mən yox”.

Xatırladaq ki, Füri ilə Uaylder ilk dəfə 2018-də üz-üzə gəlib. Onda Füri iki dəfə nokdauna düşsə də, oktaqondan heç-heçə ilə ayrılıb. 2020-də keçirilən 2-ci döyüşün 7-ci raundunda texniki nokautla uduzan Uaylder WBC kəmərini əldən verib. Nəhayət, 3-cü döyüş 2021-də keçirilib. Bu dəfə də Füri 11-ci raundda texniki nokautla qalib gəlib.