• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu il yaşadıqlarımı gələn il də yaşamaq istəmirəm" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

15-04-2023, 19:0

Misli premyer-liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, Əhmədov komandasının Qəbələdəki qələbəsini şərh edib:

"Derbi oyununda heç vaxt yaxşı oyuna üstünlük vermirsən. Bu gün futbolçulardan sırf nəticəni tələb edirdim. Qəbələdə oynamaq da psixoloji cəhətdən təsir etmişdi komandaya. Uğurlu seriyanı davam etdirdik. Ağır oyun oldu. Rəqibin də qol epizodları var idi. Bu gün xoşbəxtlik bizim tərəfdə idi".


- İkinci hissədə komandanız inamsız təsir bağışlayırdı. Bunun səbəbi nədir?

- Komanda artıq Gəncəyə uyğunlaşıb. İstər-istəməz komanda bu gün təzyiq altında idi. Hiss edirdim ki, futbolçular getdikcə nəticəyə oynayır. Əsas odur qələbə qazanıb turnir cədvəlində yerimizi möhkəmləndirdik.

- Matçın sonunda baş verən insidenti necə şərh edərdiniz?

- Normaldır. Derbidən sonra belə hallar futbola gözəllik qatır. Bu, məğlub olmamaq istəyindən irəli gəlir.

- Qərb derbisinin Qəbələdə keçirilməsinə münasibətiniz necədir?

- Mənim özüm üçün də bir az xoş deyil. Qərb derbisi şimal-qərb bölgəsində keçirilir. İstərdim ki, hər komanda öz evində oynasın. Gəncədə insanların futbola sevgisini qaytarmalıyıq. Bunun üçün çalışırıq. Amma işimizi davam etdirməliyik.

- Bir dəfə demişdiz ki, Gəncə stadionunda qazonun üstünü örtürlər. Bəlkə ot örtüyü buna görə sıradan çıxıb? Bunu özünüzə qarşı təxribat hesab edirsiz?

- Demişdim, yenə də sözümün üstündə dayanıram. Gəncədə şaxta olmur. Bir dəfə soruşanda dedilər ki, dərman vurmuşuq, ona görə örtülüb. Bilmirəm, mənə qarşıdır, yoxsa başqa birinə. Futbol oynayanda da, məşqçilik karyeramda da çətinliklərlə üzləşmişəm. Adıma min dənə söz çıxarıblar. Deyiblər ki, Tərlanın ayağı ağırdır. Hər şeyə susdum. Kim nə edirsə, nə mənə, nə də Gəncə futboluna deyil, özünə edir.

- Çətin dövrdə "Kəpəz"ə gəldiniz, bəzi futbolçularla problem yaşadız, daha sonra sizi istefaya çağırdılar. Həmin vaxt demişdiz ki, "Kəpəz"i premyer-liqada saxlayıb postumu tərk edəcəm. Yenə eyni fikirdəsiz?

- Bunu mövsümün sonunda görəcəksiz. Bilirsiz ki, həmişə sözümün üstündə durmuşam. Gəldiyim gündən atdığım addımlar səhv olmayıb. Gəncədən uzun yol qət edib gələn azarkeşlərə sevinc bəxş etmək bizim üçün xoşbəxtlikdir. Mənim həmin futbolçularla problemim olmayıb. Onların mənimlə problemi olub.

- Rəhbərliklə komandada qalıb-qalmayacağınızla bağlı söhbətiniz olub?

- Aramızda söhbət olub ki, komanda premyer-liqada qalandan sonra bizim və futbolçuların taleyinə aydınlıq gələcək. İlk gündən təzyiqlərin olacağını bilirdim. Hər şeyi təbii qarşıladım. Dünyanın hər yerində belədir. Komadanın sponsoru yoxdursa, futbolçuları saxlamaq çətin olacaq. Komandada qalası olsam, şərtlərim həyata keçirilməlidi. Bu il yaşadıqlarımı gələn il də yaşamaq istəmirəm. Rahat şəkildə işimi görmək istəyirəm.

- Komanda uzun müddət sonuncu pillədə oldu. Sizin və kollektivin üzərində böyük təzyiqlər var idi. Bu vəziyyətdə olan futbolçularda özünəinamı necə qaytara bildiniz?

- Ağır, çətin suladır. Onlara mane olacaq hadisələr təmizlənməli, sağlam kollektiv formalaşmalı idi. İlk növbədə onu formalaşdırdım. Daha sonra onlara özünəinamı qaytarmağa çalışdım. Futbolçuların hər birinin potensialı var. Onların bacarıqlarını inkişaf etdirməyə çalışdıq. Altı turdan sonra komandanın xalı olmayanda bura gəldim. Həmin ərəfədə "Turan Tovuz"un 11 xalı var idi. İndi aramızda bir xallıq fərq qalıb. İlk növbədə mehribanlıq yaratdıq. Hər məşqdən öncə söhbətlərimiz olurdu. Bu komandanın tarixi, keçmişini futbolçulara aşıladıq. Bura gəlmişiksə, bir yumruq olmalıyıq.

- Sizin yaşadığınızı indi Ayxan Abbasov yaşayır. Ona tövsiyyəniz nədir?

- Səbrli olsun, işini davam etdirsin, çox şeyə reaksiya verməsin. Ayxan Abbasovla bağlı hadisə məni də məyus etdi. Hər komandanın uğursuzluğu olur. "Milan" neçə illərdir əvvəlki vəziyyətinə qayıda bilmir. "Turan Tovuz" da bizim kimi yeni komandadır. Bu proseslər baş verəcək. Məşqçi karyerasında belə hallar qaçılmazdır. Sübut etdim ki, mən bura işləməyə gəlmişəm. Ayxan müəllimə də səbrli olmağı tövsiyyə edirəm.

- Riad Rəfiyev Gəncəyə gəlib sizinlə və klub rəhbərliyi ilə görüşüb. Belə iddialar var ki, "Kəpəz"in bir neçə futbolçusunu "Sumqayıt"a transfer etmək istəyir. Bu haqda nə deyə bilərsiz?

- Qısa görüşümüz oldu. Ümumi durumdan danışdıq. Kimi istədiklərini mətbuatdan oxudum. Ola bilər ki, rəhbərliklər arasında danışıqlar olub. Bu, məni sevindirir. Futbolçularımızın inkişafı yaxşı haldır.

- Şahin Diniyev bildirdi ki, hansısa komandanın premyer-liqanı tərk etməsi ədalətsizlik olar. "Şamaxı" da bəyanat yayıb. Siz necə düşünürsüz? Bu mövsüm premyer-liqanı tərk edən komanda olmalıdır?

- İstəmərəm ki, bu il hansısa komanda birinci diviziona düşsün. Hətta mən istəyərdim ki, "Xəzər Lənkəran", "Zaqatala", "Şəmkir" qayıtsın premyer-liqaya. Klub sayının artırılmasını istəyərdim. Bəyanət yaymaq barədə bir söz deyə bilmərəm. Artıq qərar verilibsə ki, hansısa komanda düşəcək, vəssalam. Hər halda, nə olacağını zaman göstərəcək. "Neftçala" çempion oldu, Premyer-liqaya gələ bilmədi. "Kəpəz"in özü premyer-liqaya gəldiyi il divizionda 7-ci pilləni tutmuşdu. Hansı qərar olacaq, ona da hörmətlə yanaşacağıq. Biz hələ qalmağı təmin etməmişik.

Mən istəyərəm ki, klub sayı artırılsın. Çünki regionlarda futbol olmalıdır. Mingəçevir, Lənkəran, Zaqatala premyer-liqaya qayıtsın, daha sonra divizion və əvəzedicilərin yarışı ayrılsın, 21 yaşlıların da liqası olsun. Əsas heyətə düşməyənlər orada oynasın. Birinci divizionda da klubların səviyyəsi artırıldıqdan sonra, premyer-liqadan düşən komandalar ola bilər. İndiki vəziyyətdə güzəşt olunması daha yaxşıdır.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

15-04-2023, 18:0

"Əsas məqsəd premyer-liqada qalmaqdı" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

28-11-2022, 16:0

"Dəyişiklik etməyə çətinlik çəkirik" - Tərlan Əhmədov

Ölkə kuboku

9-12-2022, 17:0

Tərlan Əhmədov: "Bizə futbolçu lazımdı"

Premyer-liqa

25-02-2023, 20:0

"“Şamaxı” üzərində qalibiyyət motivasiyamızı bir qədər artırmışdı" - Tərlan Əhmədov

Premyer-liqa

4-03-2023, 21:0

"Azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindi" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

8-04-2023, 22:0

"Oyuna yaxşı hazırlaşa bilmişdik" - Laurentsiu Regekampf

Aktual
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
Son xəbərlər
  • Bu gün, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Bu gün, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 194
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə