• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Əsas məqsəd premyer-liqada qalmaqdı" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

15-04-2023, 18:0

Misli premyer-liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, Abbasov komandasının Qəbələdəki məğlubiyyətini şərh edib:

"Maraqlı oyun alındı. Bilirdik ki, derbidir. "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Meydanda 10 nəfərlə qalmağımız planlarımızı da pozdu. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin idi. Çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansadan istifadə etməyə çalışağıq".


- Sanki 10 nəfərlə daha yaxşı oynayırdız...

- Meydanda azlıqda qalanda futbolçular daha çox motivasiyalı, istəkli olur.

- Tovuzda "Şamaxı"ya qarşı keçirilən görüşdən sonra səslənən "istefa" şüarları komandaya necə təsir edib?

- Klub olaraq bunu çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi dəstəklədiklər. Bu gün inkişafın ilk mərhələsindəyik. Belə maneələr olacaq.

- Natan Oduva və Runi Evanı əvəzləməyinizin səbəbi nə idi?

- Oduva tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Oyuna yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi.

- Komandanı kubok oyununa motivasiya etmək çətin olmayacaq?

- Əlbəttə çətindir. Amma futbolçulara inanıram. Qarşımıza məqsəd qoymuşuq. Ona çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq.

- "Neftçi" çempionatdakı oyununu bir gün əvvəl oynayıb. Onların sizdən daha çox istirahət etməsi oyuna təsir edə bilər?

- Bir gün böyük vaxtdır. Amma bu bəhanə olmamalıdır.

- Yerli futbolçuların keyfiyyəti sanki aşağıdır. Bu barədə fikriniz necəir?

- Qarşımıza qoyulan məqsəd nədir? Konfrans Liqası hədəfi olsa, sizinlə razıyam. Komandada gənclər, təcrübəlilər var. Bu gün belə məğlubiyyətlər olmalıdır. Səbrsiz olsaq, gələn mövsüm bizim üçün çətin alınar. Keyfiyyəti də artırmaq üçün yeni oyunçular lazımdır. Ancaq bu gün gileylənməli deyilik. Hər şey yavaş-yavaş olacaq.

- Sizcə, ötən tur "istefa" şüarlarının səbəbi nə idi?

- Azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd premyer-liqada qalmaqdı. Bunu bəziləri bilirlər. Premyer-liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik. Səbrli olmalıyıq.

- Səfərdə daha yaxşı oynayırsız. Bu, nə ilə bağlıdır?

- Bu il belə alındı ki, səfərdə daha çox xal qazandıq. Bəlkə də, futbolçular evdə qalib gəlməyi daha çox istəyirlər. Ola bilər ki, təzyiq mane olur. Amma evdə də çox yaxşı oyunlarımız olub. Hər dəfə biz qalib gələ bilmərik. Azarkeşlərimiz də bunu öyrənəcək.

- Matçın sonunda baş verən insidentin səbəbi nə idi?

- Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb "Kəpəz" futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

29-11-2022, 16:0

Ayxan Abbasov: "Futbolçularımız təslim olmadı"

Ölkə futbolu

11-02-2023, 16:0

"Premyer-liqada güclü klublar var, onlarla mübarizə aparmaq üçün..." - Ayxan Abbasov

Ölkə kuboku

9-12-2022, 16:0

Ayxan Abbasov: "Gərgin oyun olacaq"

Premyer-liqa

6-02-2023, 16:0

"Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Bu hakimliklə qazanmaq şansımız yox idi" - Murad Musayev

Premyer-liqa / Manşet

17-03-2023, 20:0

Vüqar Əsgərli: “Əsas məqsədimiz premyer-liqada qalmaqdı”

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə