• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hamımız "Neftçi"nin nə anlam ifadə etdiyini dərk edirik" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

14-04-2023, 23:0

Misli premyer-liqasının 30-cu turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna çox pis başladıq. Topa sahib ola bilmirdik, sürətli oynamırdıq. Matçdan əvvəl də danışmışdıq ki, rəqib bizə lressinq tətbiq edəcək. Pressinqi üstələmək üçün yaxşı ötürmələr etməli idik. Bununla da oyununuz açılmalı idi. Amma bəxtimiz gətirmədi. Qapımızda ilk qolu gördük. Futbolda bəzən belə hallar baş verir. Bu haqda danışmaq istəmirəm. İkinci qol penaltidən oldu. Hakim elə qərar veribsə, deməli penalti idi. Bu da olmalı deyildi. Top Ömərə gəlir, təkdir, təzyiq yoxdur. Topu saxlaya bilər. O ötürməni mərkəzə yox, cinaha etmək lazımdır. O epizoddan sonra penalti oldu.

Bundan sonra oyunda dönüş yaratmağa çalışdıq. Yaxşı epizodlarımız oldu. Düşünürəm ki, o cür buraxılan iki qol gənc oyunçular üçün problem yaratdı. Ona görə də fasilədən sonra üç dəyişiklik etmək qərarı verdim. Bu gün gənc futbolçulara daha çox şans vermək istəyirdim. Amma reaksiya göstərməli idik. Düşünürəm ki, yaxşı oldu. Qol vurduq, şanslarımız oldu, yararlana bilmədik. Oyun heç-heçə bitsəydi, bizi sevindirərdi. Çünki, matça yaxşı başlamamışdıq. Rəqibə böyük hədiyyə etmiş olduq. Bir neçə gündən sonra çox vacib kubok oyunumuz var. Bilirəm ki, hamı bu matça hazır olacaq. Oyunçularım başqa reaksiya göstərəcəklər. Süni örtüklü meydançadır, tribunalar da dolu olacaq. Futbol üçün yaxşı atmosfer olacaq. Kifayət qədər təcrübəli futbolçularımız var. Pozitiv düşünməliyik.

- Hiss olunur ki, daha çox kuboku düşünürsüz...

- Xeyr. Bu, həqiqət deyil. Hamı oyunu köklənmişdi. Həmişə növbəti matçı düşünmüşük. Bu gündən "Turan Tovuz"la oyunu düşünə bilməzdik. Qələbələrə davam etmək çox vacib idi. Çünki, hər qələbə yaxşı atmosfer verir. Bu gün ən yaxşı heyəti meydana buraxmağa çalışdım. Matçdan əvvəl Azər Əliyev zədələndi. İsmayıl və Ömər son oyuna sonradan yaxşı daxil olmuşdular. Düşünürəm ki, bu gün oynamağa layiq idilər. Fərid də son qarşılaşmada yaxşı oyun göstərmişdi. Bu gün də onlardan narazı qalmadım. Onlar gənc oyunçulardır. Öyrənməli, oynamalıdırlar. Bilirik ki, onlar səhvlər edə bilərlər. Oynamasalar necə inkişaf edə bilərlər? Eddi İsrafilov uzunmüddətli zədədən qayıdıb. Planda onu 30 dəqiqə oynatmaq idi. Amma hesaba görə ikinci hissədə oyuna daxil etməli olduq. Fərid sarı vərəqə görmüşdü, ikinci sarıya meyilli idi. Ataa Caber və Vato Arveladze zədəlidir. Əlimizdə olan yeganə seçimlər idi. Düşünürəm ki, komandada kifayət qədər keyfiyyət var. Nəticəni neqativ görmürəm. Bu, bizim üçün soyuq duş oldu. Oyanmalıyıq. Çünki, bizi kubokda çox çətin oyun gözləyir. Öz oyunçularıma, komandama inanıram.

- Matçın əvvəli niyə pis alındı?

- Bayaq dediyim kimi, bizim üçün çox pis gecə oldu. Futbolda belə şeylər baş verir. Futbolçular robot deyillər. Onların da pis anları ola bilər. Dərhal analiz etsək, çox şey görə bilərik. Amma bir neçə gün sonra vacib oyunumuz var. Bu ay bizim üçün çox vacibdir. Əlbəttə ki, oyunu təhlil edib səhvlərə baxacağıq.

- Əsas rəqiblərinizin qarşılaşacağı həftədə məğlub olmağınız psixoloji cəhətdən necə təsir edəcək?

- Düşünürdük ki, yaxşı oynayıb qələbə qazanaq. Bizim günümüz olmadı. İrəliyə baxmalıyıq. Əlbəttə üzücüdür, amma artıq gecdir.

- Kubokda favorit "Neftçi"dir. Bu, üzərinizdə təzyiq yaratmır?

- Bunun təzyiq yaratmağı normaldır. Biz artıq buna öyrəşmişik. Hər matçı təzyiq altında oynayırıq. Hamımız "Neftçi"nin nə anlam ifadə etdiyini dərk edirik. Fanatların nə istədiyini bilirik. Onlar istəyir ki, komandaları hər matçda yaxşı oynasın. Əlimizdən gələnin ən yaxşısını etməliyik. İndidən finalı fikirləşə bilmərik. Bizə növbəti oyunda qələbə qazanmaq lazımdır.

- Qısa müddətdən sonra uzun səfərə gedəcəksiz. İlk oyunun Bakıda olmağını istəyərdiniz?

- Mənim üçün fərq etmir. Bu, proqramdır. Orada qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Millidən qayıdandan sonra Höccət Haqverdi əsas heyətdə az şans qazanır. Bunun səbəbi nədir?

- Son oyunda Höccət heç də yaxşı təsir bağışlamışdı. Onunla bu barədə danışmışam, fikrimi bildirmişəm. Höccət ağıllı oyunçudur. Ona vəziyyəti başa salmışam. Hər ana hazır olmalı olduğunu demişəm. Çünki, mənim üçün çox vacib futbolçudur. Elə period olar ki, yaxşı formada olmaya bilər. Mən baş məşqçiyəm. Oyunçularla eyni cür davranmalıyam.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

14-04-2023, 22:0

"Komandadan da soruşsanız, belə cavab verəcəklər" - Elmar Baxşıyev

Premyer-liqa

5-11-2022, 22:0

"Çox boş oynayırdıq" - Regekampf

Premyer-liqa

26-08-2022, 23:0

"Çox keyfiyyətli futbolçularımız var" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

26-01-2023, 21:0

Laurentsiu Regekampf: "Bu cür penalti yolverilməzdi"

Premyer-liqa / Manşet

12-11-2022, 21:0

"Düşünürəm ki, belə olmalı deyil" - Regekampf

Premyer-liqa

10-09-2022, 20:0

"İlk hissədə qocalar kimi oynadılar" - Regekampf

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 124
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə