• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Nədənsə bu il bizim qalmaqallı epizodların mərkəzində Nicatdı" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

14-04-2023, 21:0

"Zirə" Misli premyer-liqasının 30-cu turunda doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Hərəkəti, sürətli oyunun şahidi olduq. Hər iki komanda meydanda istəkli idi. Bizim üçün çox vacib olan qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Qarşıda bizi finala bərabər 6 matç gözləyir. Bu andan etibarən həmin oyunlara köklənəcəyik. Qələbəni qeyd etməyə, rahatlaşmağa vaxtımız yoxdur. Növbəti turda bizi səfərdə "Qarabağ"a qarşı vacib görüş gözləyir.

Fasilədə etdiyiniz dəyişikliklər oyunu dəyişdi. Bu haqda nə deyə bilərsiniz?

- Oyunun gedişatına diqqət yetirirdik. O mövqelərdə hücum potensialını gücləndirsək, daha effektiv ola biləcəyimizi düşündüm. Əslində hər zaman düşündüyün effektli olmur. Amma bu gün dəyişikliklər oyunu canlandırdı. Birinci hissədə də yaxşı oynayırdıq. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atıldıq. Gözəl qollar vurduq. İnşallah davamı gələr.

- Qışda Ukraynadan gələn futbolçular bu gün xüsusilə yaxşı çıxış etdilər...

- Qış fasiləsində bu heyəti qurmağı planlaşdırırdıq. Amma təəssüf ki, 12-13 turdan sonra istədiyimiz heyəti meydana buraxa bildik. Yenə də itkilərimiz var idi. Kulaç gəldi, zədələndi. Eldarın keçid prosesi uzun çəkdi. Eynilə İbrahim gəldi, zədələndi, Geryenin zədələnməsi... Belə hallar yaşadıq. Bəzən belə şeylər gözdən qaçır. Amma gedişata müəyyən mənfi təsir göstərir. Bu gün yenə hamı ideal formada deyil. 65-ci dəqiqədən sonra risk edib Kulaçı meydanda saxlamadım. Çünki, əsas heyətdə ilk rəsmi oyunu idi. Ehtiyat elədim ki, zədələnər. Əvəzində meydana buraxdığım Paxtman zədələndi. Bunlar futbolun içində olan şeylərdir.

- Bu gün İssa Cibrilla müdafiənin sol cinahında oynadı. Onun oyununu necə dəyərləndirirsiz?

- İssa universal futbolçudur. Daha çox hücumun cinahlarında oynayır. Hazırda sol cinahla bağlı ciddi sıxıntı yaşayırıq. Onu seçdik ki, soldan hucumlara aktiv qoşulaq. İlk oyunu idi, bir az həyəcanlı idi. Açıq-aşkar görünürdü. Buna görə dəyişikliyə getdik. Ümumiyyətlə onda potensial var. Diqqətli və istəkli olsa, sol cinahda oynaya bilər. Müasir futbolda Dani Alveş, Zinçenko kimi hücumameyilli oyunçuların cinah oyunçusuna çevrilməyinin şahidi olmuşuq. Gələcəkdə baxacağıq. Donald Gerye bizim üçün böyük itkidir. O mövqedə problem yaşayırdıq. Gerye ilə problemi aradan qaldırmışdıq. Amma uzunmüddətli zədələndi. Məcburuq ki, bu problemlə mübarizə aparaq.

- İlk hissədə Eldar Quliyevin mümkün qırmızı vərəqə epizodunda hakim VAR-a baxmağa gedərkən etiraz etdiniz. Bu, nə ilə bağlıdır?

- Həmişə istəyirəm hakimlikdən danışmayım. Yenə VAR-da Nicat qardaşım idi, "Kəpəz"lə matçda bizə iki qırmızı vərəqə verən, "Neftçi" ilə oyunda VAR-da oturub Geryeyə qırmızı verdirən. Bu gün də hakim epizodu açıq-aşkar gördüyü halda onu VAR-a çağırdı. Ola bilərdi ki, baş hakim həyəcanlanıb başqa qərar qəbul edərdi. Nicat İsmayıllı xüsusilə oyunlarımıza çox təyinat alır. "Sumqayıt"la matçda yüz faizlik epizodda hakimi VAR-a çağırmadı. Nədənsə bu il bizim qalmaqallı epizodların mərkəzində Nicatdır. Bu amil məni qıcıqlandırdı. Bilsəydim, oyundan əvvəl VAR-da kimin olduğunu soruşmazdım. Ümumən bu gün hakimlə heç bir dialoqum olmayıb. Oyuna köklənmişdik.

- Felipe Paxtman yenə zədələndi. Sanki bəxti gətirmir. Səbəb nədir?

- Bilmirik. Məşqlərdə çox yaxşıdır, hər şey qaydasındadır. Yetərincə ona istirahət verdik. Dünən də məşqdə çox yaxşı idi. Nə ilə bağlı olduğunu artıq bilmirəm. Bəlkə də stressdəndir. Belə bir şey var, stress adamı xəstələndirir, zədələnməsinə səbəb olur. Durumu sabah bəlli olacaq.

- Üçüncü qapıçı Nail Alışova şans verib onu Azərbaycan futboluna qazandırmaq istəmirsiz?

- Bu üç il ərzində futbolumuza az futbolçu qazandırmamışıq. Yetərincə gənc futbolçular olub. İndi çempionatda elə perioddur ki, risk vaxtı deyil. Açığı oyundan əvvəl ağlımdan keçirdi. Amma bu məqamda psixoloji cəhətdən nə qədər hazır olar deyə düşündüm. Belə bacarıq olaraq çox narahat deyiləm.

- Ruslan Abışova şans vermək haqda düşünmürsüz?

- Bunun başqa bir səbəbi yoxdur. Sırf rəqabətlə bağlıdır. Kimi daha hazırlıqlı görürük, ona şans veririk. Ruslanda mikrozədələr az olmadı. Bu gün bizim yaxşı Ruslana ehtiyacımız var. Sadəcə olaraq həm rəqabətdir, həm də qapıçı və müdafiəçi mövqeyində qərar vermək çox çətindir. Çünki, ən çox onlar təzyiq altında olurlar.

- Qapıçı və müdafiəçi mövqeyinə axtarışlar var?

- Hazırda heç bir axtarış yoxdur.

- "Qəbələ" ilə şəxsi görüşlərdə üstünlük rəqibin tərəfindədir. Bu, sizdə təzyiq yaratmır?

- Onu gedişat göstərəcək. Qış fasiləsindən sonra ikimizdə də çox xal itkiləri olmuşdu. Sonluğu kimin necə gətirəcəyi çox önəmli olacaq. Şəxsi oyunları gözümüzün keçirsək, bəlkə də üstünlük bizim tərəfimizdə olmalı idi. Amma bu oyunlarda heç nədən qollar buraxdıq. Oyun olaraq bərabər oynamışıq. Kiminsə kimdənsə aşkar üstün olduğunu deməzdim. Artıq bunların önəmi yoxdur, əsas sonluqdur. Vacib olan qarşıda gələn oyunlardır.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-05-2022, 21:0

"Başqa klubu çalışdırmaq haqda düşünmürəm" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

15-03-2023, 21:0

Samir Abasov: "Leyptsiq" kimi komanda 0:7 hesabı ilə uduzdu"

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Bu hakimliklə qazanmaq şansımız yox idi" - Murad Musayev

Premyer-liqa

4-09-2022, 23:0

"Geridönüş etmək xarakter və ustalıq tələb edir" - Rəşad Sadıqov

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
  • 6-06-2026, 20:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə