• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Geridönüş etmək xarakter və ustalıq tələb edir" - Rəşad Sadıqov

Premyer-liqa

4-09-2022, 23:0

Misli premyer-liqasında 5-ci tura yekun vurulub.

"Zirə" "Qəbələ"ni məğlub edib - 2:1. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Mütəxəssis görüş barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"Çox gərgin oyunun şahidi olduq. "Sabah"la oyunu çıxmaq şərtilə bütün matçlarımız gərgin keçib. Azarkeşlər üçün də maraqlı olurdu. Əslində, oyuna pis başlamadıq. Sonradan müəyyən üstünlük keçdi "Qəbələ"nin tərəfinə. Penaltidən sonra oyunu dəyişə bildik, daha aqressiv oynamağa başladıq. Standart vəziyyətdən istifadə edib hesabı bərabərləşdirdik. Sonradan isə üstünlük gah "Qəbələ", gah da bizim tərəfdə olurdu. Çünki həm biz, həm də onlar topla oynamağı xoşlayan komandadı. Hər iki komandada da yetərincə yaxşı oyunçular var. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi, amma qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən çox ağır idi. Çünki rəqib "Qəbələ" idi, turnir cədvəli var idi. Bu cür oyunda hesabda geridönüş etmək xarakter və ustalıq tələb edir. Göstərdikləri xarakterə görə onları təbrik edirəm".

- Elmar Baxşıyev mətbuat konfransında bildirdi ki, "bu gün güclü qalib gəlmədi"...
- Onun xətrini çox istəyirəm. Həm işinə, həm də şəxsiyyətinə böyük hörmətim var. Uzun illərdi ki, bir-birimizi tanıyırıq. Fikrinə də hörmətlə yanaşıram. Ola bilsin ki, elə görür, fikirləşir. Amma məncə, hər iki komanda qələbəyə layiq idi. Hansı komanda qalib gəlsəydi, deyəcəydim ki, layiq olan qalib gəldi. Çünki oyun sürətli şəkildə bir qapıdan o biri qapıya inkişaf edirdi. Yəni, hər an hesab dəyişə bilərdi. Elə oldu ki, Rəhim Sadıqov ustalıqla qol vurduq və vacib qələbə qazandıq.

- Oyunun taleyini necə dəyişdiz?
- Oyunun taleyini Allah dəyişdi. Biz sadəcə səbəblərdən götürürdük. Sonradan oyuna daxil olanlar da oyunu canlandırdılar, gücümüzə güc qatdılar. Həlledici an, futbolçularımın bu cür çətin məqamda qətiyyətli və iradəli olmaları idi. Ağır dəqiqələrdə belə, məğlubiyyəti düşünmürdülər, qələbə haqda fikirləşirdilər. Belə olanda da qələbə gəlir.

- Toni Qomeş və Andriya Lukoviçin çıxışını necə dəyərləndirirsiniz?
- Çox heyfslənirəm ki, onlar komandaya gec qoşuldular. Yaxşı olardı ki, mövsümün əvvəli gələrdilər. Heyət geniş olanda, dərhal görürsən ki, sistemdə hansısa dəyişiklik edə blirsən. Ancaq heyət kasad olduqda, oyuna güc qatmaq istəyəndə əlində material olmur. Oyuna yaxşı daxil oldular və düşünürəm ki, hələ gələcəkdə optimal formalarını bərpa etdikdən sonra daha çox xeyir verəcəklər.

- Qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Oyundan öncə belə qərar verdik. Əslində, Anar ötən mövsümün sonlarında Mehdi zədələndə də çox uğurlu çıxış etmişdi. Hər an da ağlımdan bu iki qapıçı arasında seçim etmək keçirdi. Əvvəlki turlarda Mehdiyə, bu tur isə Anara üstünlük verdim.

- Rəhim Sadıqov yəqin ki, gələndən sonra ən yaxşı oyununu oynadı. Burada hücumda oynamağının da önəmi var idi. Bu mövqedə davam edəcək?
- Rəhim bizim komandaya gələndə özündə hücumçu keyfiyyətləri gördüm. Özü ilə də danışmışdım. Sürətli, ağıllı, usta oyunçudu. Bu oyunda da ondan hücumçu kimi istifadə etməyi düşündüm. Əslində, əvvəlki oyunlarda da Rəhimdən hücumçu kimi istifadə etməyi düşünmüşdüm. Amma bu oyunda qəti fikrim belə idi. Özü ilə də dünən danışmışdıq. Çox faydalı da oldu. Rəhim universal futbolçudu, sağ və sol cinahda da oynaya bilər, pleymeker kimi də oynamağı bacarır. Onu De Bruyneyə oxşadıram. Çünki o da "Mançester Siti"də cürbəcür mövqelərdə oynayır. Bəzən görürsən ki, hətta dayaq yarımmüdafiəçisi kimi də oynayır. Rəhim son dəqiqələrdə dayaq yarımmüdafiəçisi mövqeyində də oynayır. Bu cür futbolçun olanda, məşqçi üçün avantajdı

- Təmkin Xəlilzadə və İlkin Muradovun taleyi necə olacaq?
- Hər dəfə bu sualı cavablamaq istəmirəm. Qərarları da məni sevindirir ki, ən azından əvəzedici heyətdə oynayırlar, formada qalırlar. Gələcək karyeraları üçün vacib qərardı. Biz də yolumuza davam edirik. Çalışacağıq ki, gələcəkdə daha güclü kollektiv quraq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-08-2022, 22:0

"Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq" - Elmar Baxşıyev

Premyer-liqa

21-08-2022, 20:0

"Komandamı daha ağır oyuna hazırlayırdıq" - Elmar Baxşıyev

Premyer-liqa

28-08-2022, 22:0

"Düşünmürəm ki, o, bunu bilərəkdən edib" - Murad Musayev

Premyer-liqa

14-08-2022, 23:0

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Premyer-liqa

8-08-2022, 19:0

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

Aktual
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Son xəbərlər
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 157
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə