• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Real" və "Milan"dan qələbə - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

13-04-2023, 00:0

4 həftəlik fasilədən sonra Çempionlar Liqasında mübarizə qaldığı yerdın davam edir.

"Football-plus.az" xəbər verir ki, martın 17-də atılan püşkdən sonra maraqlı mənzərə yaranıb. ÇL-i qazanmağa əsas namizədlər bir tərəfdə, İtaliya klubları isə digər tərəfdə toplanıb.

1/4 final, ilk oyunlar
12 aprel
Real – Çelsi
2:0
Kərim Benzema, 22, Marko Asensiyo, 74
Hakim: Fransua Letesye (Fransa)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +1=2-4

Qəribədi ki, XXI əsrdə bu komandaların yolları 2021-ə qədər heç vaxt kəsişməmişdi. Amma 2021-dən başlayaraq püşk hər mövsüm bizə “Real” – “Çelsi” duelini bəxş edir. 2020/21-in yarımfinalında sevinən “Çelsi” (səfərdə 1:1, evdə 2:0), ötən mövsümün 1/4 finalında isə sevinən “Real” (səfərdə 3:1, evdə 2:3) olmuşdu. “Zadəganlar”ı bu dueldə favorit adlandırmaq çətindi. Onlar çox bərbad, anlaşılmaz və qarışıq bir mövsüm keçirir. London klubu bu qədər xərclənilən pulların qarşılığında premyer-liqada yalnız 11-ci pillədə qərarlaşıb. Bu azmış kimi, “Real”la oyun ərəfəsində rəhbərliyin qəribə şəkildə Frenk Lempardı baş məşqçi postuna qaytarması “Çelsi”nin şanslarını bir qədər də azaldır. Düzdü, London nəhəngi məşqçi dəyişdirdiyi mövsümlərdə ÇL-i qazanmağı sevir. Sonuncu dəfə Tuxelin məhz Lempardı əvəzlədiyi 2020/21-də bu hadisə baş vermişdi. Amma Lempard hər nə qədər güclü futbolçu olsa da, güclü məşqçi deyil və bunu “Çelsi”dəki ilk dönəmində, eləcə də işlədiyi başqa klublarda da göstərib. İngiltərə klublarının qənimi olan Benzema Ramazan ayında “Çelsi”yə qarşı oynamağı sevir. O ötən mövsüm məhz bu müqəddəs ayda Londonda bu rəqibin qapısına 3 top göndərmişdi. Ümumilikdə fransalı forvard ÇL-də ingilislərə qarşı 25 oyunda 19 dəfə fərqlənib. Madrid nəhəngi ÇL-in pley-offunda premyer-liqa klublarına qarşı son 9 duelin 7-də mərhələni adlamağı bacarıb. “Çelsi”nin isə İspaniyada keçirdiyi son 15 qarşılaşmanın yalnız 1-də uduzması diqqəti çəkir (5 qələbə, 9 heç-heçə).

Milan – Napoli 1:0
İsmael Bennaser, 40
Hakim: İştvan Kovaç (Rumıniya)
Cəzalı: yoxdu
Avrokuboklarda qarşılaşmayıblar

Bəlkə də püşk atılanda çoxları üçün bu cütdə “Napoli” aşkar favorit idi. Amma indi vəziyyət bir qədər dəyişib. Çünki mövsümboyu Kvaratsxeliya ilə birgə xarüqələr yaradan nigeriyalı forvard Osimhen zədəlidi və ən azı “San Siro”dakı matçı buraxacağı dəqiqdi. Aprelin əvvəllərində A seriyasında sanki bu 1/4 finala hazırlıq xarakteri daşıyan bir oyun keçirildi və Osimhensiz “Napoli” fanatları önündə “Milan”a 0:4 uduzdu. Bu, komandanın son 15 ildəki ən böyükhesablı məğlubiyyəti oldu! Həmin qarşılaşmadan sonra bu cütdə neapolluları aşkar favorit adlandırmağa heç kim cürət etməz. Çempionatda bu komandalar arasında 22 xallıq fərq olsa da, ÇL-ə çatanda vəziyyət dəyişir. Çünki “Milan” bu turnirin yeddiqat qalibi olduğu halda, “Napoli” tarixində ilk dəfə 1/4 finalda oynayacaq. Yeri gəlmişkən, “rossonyerlər”in xeyrinə olan mühüm bir faktı diqqətinizə çatdıraq. İndiyə qədər final da daxil olmaqla ÇL-in pley-offunda İtaliya klublarının 3 dueli baş tutub və bunlarına hamısında məhz “Milan” sevinib! Söhbət əzəli rəqib “İnter”ə qarşı 2002/03-də yarımfinalda (evdə 0:0, səfərdə 1:1) və 2004/05-də 1/4 finalda (evdə 2:0, səfərdə 1:0) keçirilən oyunlardan, eləcə də 2002/03-də finalda “Yuventus”a qarşı görüşdən (0:0, p. - 3:2) gedir. Göründüyü kimi, “rossonyerlər” bu mərhələlərdə özününkülərə qarşı oynamağı sevir və bacarır. Maraqlıdı ki, bu komandaların son 6 qarşılaşmasında səfərdə çıxış edən qələbə qazanıb! Ümumilikdə isə indiyə qədər keçirilən 171 rəsmi oyunda “Milan” 68, “Napoli” 51 qələbəyə sevinib.

11 aprel
Mançester Siti – Bavariya 3:0

Rodri, 28, Bernardo Silva, 70, Erlin Holann, 77
Hakim: Xesus Xil Mansano (İspaniya)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +3=0-3

Sözsüz, bu mərhələnin ən intriqalı və böyük maraqla gözlənilən qarşılaşması məhz budu. Hər iki komanda bu mövsüm ÇL-də çox güclü təsir bağışlayır və faktiki bu mərhələyə birnəfəsə gəliblər. Xüsusilə də “Bavariya” “ölüm qrupu”nda xal itirmədi və PSJ kimi “əjdaha”dan 2 oyunda top buraxmadı. Zarafat deyil, bu kollektivlər bu movsüm ikisi birlikdə ÇL-də cəmi 5 top buraxıb. Buna qədər ÇL tarixində 1/4 finalda birlikdə bu qədər az top buraxan cüt olmamışdı. “Bavariya” rəhbərliyi bütün bu uğurların memarı Yulian Naqelsmannı qovaraq onu Tomas Tuxellə əvəzlədi. Çox güman, bu addım məhz “Siti” ilə dueldən qalib çıxmaq üçün atılıb. Çünki Tuxel Qvardiolanı məğlub etməyi bacarıb. Özü də ÇL-in finalında (2021)! Ümumilikdə bu məşqçilərin komandaları indiyə qədər 10 dəfə qarşılaşıb. Qələbə sayında Qvardiola öndədi – 5:3. ÇL-siz keçən hər ötən il kataloniyalı mütəxəssisin üzərində daha da böyük təzyiq yaradır. Çünki hamı ondan və “Siti”dən ÇL-də qələbə gözləyir. Bu il də hədəfə çata bilməyəcəyi təqdirdə Qvardiolanın ÇL həsrəti 12 ilə çatacaq. O, sonuncu dəfə bu turniri 2011-də “Barselona” ilə qazanıb. Qvardiola “Siti”nin başına keçəndən bəri onun yolu sabiq klubu “Bavariya” ilə heç vaxt kəsişməmişdi. Ümumilikdə isə bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. ÇL-in qrup mərhələsi çərçivəsində keçirilən bu oyunların hamısı 2011-in sentyabrından 2014-ün noyabrına qədər olan dönəmə təsadüf edib. Tərəflər hərəyə 3 qələbə qazanıb. Yeri gəlmişkən, “Siti” bundesliqa klublarına qarşı evdə keçirdiyi son 10 matçın hamısında qalib gəlib. Bu komanda, ümumiyyətlə, ÇL-də son 24 ev oyununda uduzmayıb (22 qələbə, 2 heç-heçə). 25-ci məğlubiyyətsiz oyun İngiltərə klubları üçün yeni rekord olacaq! “Bavariya” isə pley-offda ingiltərəlilərə qarşı son 7 duelin 6-dan qalib ayrılmaqla öyünə bilər.

Benfika – İnter 0:2
Nikolo Barella, 51, Romelu Lukaku, 83 (p.)
Hakim: Maykl Oliver (İngiltərə)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +0=1-2

İş elə gətirib ki, “İnter” ÇL-də ardıcıl 2-ci oyununu Portuqaliyada keçirəcək. Milanlılar 4 həftə öncə “Portu” ilə səfər oyunundakı səhvlərdən nəticə çıxarmasalar, bu dəfə onların işi qəliz olacaq. Çünki həmin matçın son anlarında “İnter”in açıq-aşkar bəxti gətirdi. Hər iki komanda psixoloji cəhətdən çox da yaxşı durumda deyil. “İnter” hazırda bütün turnirlərdə 6 oyunluq qələbəsiz seriyaya malikdi! Özü də komanda bu oyunlarda cəmi 3 qol vurub. Daxili çempionatda inamla turnir cədvəlinə başçılıq edən “Benfika” isə son oyunda prinsipial rəqib “Portu”ya uduzdu. Üstəlik doğma fanatları önündə. Bununla da “qartallar”ın bütün turnirləri əhatə edən 8 oyunluq qələbə seriyası qırıldı. Lissabon nəhəngi bu turnirdə 1/4 final lənətinə son qoymağa çalışacaq. Turnir ÇL adı ilə keçirildiyi vaxtdan bəri komanda 5 dəfə bu mərhələdə oynasa da, hamısında mübarizəni dayandırmalı olub. “İnter” isə bu mərhələyə son 12 ildə ilk dəfə yüksəlib. “Neradzurra” 2010/11-də son çempion statusunda olmasına baxmayaraq, gözlənilmədən “Şalke-04” ilə dueldən məğlub ayrılmışdı. Bu komandaların yolu daha öncə iki dəfə kəsişib. İlk belə hal 1964/65-də ÇK-nın finalına təsadüf edib. O vaxt “İnter” doğma “San Siro”dakı finalda “Benfika”nı minimal hesabla üstələyərək tarixində 2-ci dəfə bu titula sahib çıxmışdı. Növbəti duel 2003/04-də UEFA kubokunun 1/8 finalına təsadüf edib. O vaxt Lissabondakı qolsuz bərabərlikdən sonra “İnter” evdə 4:3 hesabıyla qalib gələrək mərhələni adlayan tərəf olmuşdu.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

9-03-2023, 03:0

Daha iki komanda 1/4 finala yüksəlib - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

15-09-2022, 01:0

"Mançester Siti" və PSJ-dən əzmkar qələbə, "Yuventus" uduzdu - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

27-10-2022, 00:0

"Liverpul" və "Bavariya"dan qələbə, "Barselona" qrupda qaldı - YENİLƏNİB

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Manşet / Çempionlar Liqası

25-08-2022, 20:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Manşet / Çempionlar Liqası

16-02-2023, 01:0

"Borussiya" və "Benfika"dan qələbə - YENİLƏNİB

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 111
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə