Premyer Liqanın ən yaxşı baş məşqçisi açıqlanıb

12.05.2022 21:12 526
Dünya futbolu
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, "Bernli"ni çalışdıran Mayk Cekson ötən ayın ən yaxşı baş məşqçisi seçilib. Məlumatı Premyer Liqanın mətbuat xidməti yayıb.

Qeyd edək ki. "Bernli" aprel ayında Mayk Ceksonun rəhbərliyi ilə 4 çempionat oyununda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.