Peru Futbol Federasiyası yeniyetmələr arasında (U-17) dünya çempionatının təşkilatçılıq hüququnu itirib.
"Football-plus.az" xəbər verir ki, bu qərarı FİFA çıxarıb.
Ali futbol qurumu Cənubi Amerika ölkəsinin turniri təşkil etməyə hazır olmadığını bəyan edib. Rəsmi məlumatda Perunun bu il keçirilməli olan mundialın təşkili üçün vacib sayılan lazımi infrastruktura malik olmadığı bildirilib.