Peru yığmasında baş məşqçi dəyişikliyi zərurətə çevrilib.
Football-plus.az xəbər verir ki, yerli futbol federasiyası (PFF) Rikadro Qareka ilə yolları ayrıb. PFF-nin mətbuat xidmətinin məlumatında 64 yaşlı mütəxəssislə müddəti sona çatan müqavilənin yenilənmədiyi bildirilib.
Qareka Perunu 2015-ci ildən çalışdırırdı. Komandanın bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilmədiyini də qeyd edək.