• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ büdrədi, “Monako” və “Lill” irəlilədi - Fransa çempionatı

DÇ

15-02-2023, 14:0

PSJ ağır dönəmdən keçir, DÇ-dən sonra parislilərin oyunu da pisləşib, nəticələri də.

Qaltyenin böyük itkilərlə üzləşən komandası “Monako”ya uduzsa da, liderliyi qorudu. “Knyazlar” bu qələbə və “Lans”ın “Lion”a uduzması sayəsində 3-cü pilləyə yüksəldi. 2-ci pillədə isə səfərdə “Klermon”un öhdəsindən gələn “Marsel” qərarlaşıb. Turun özəlliklərindən biri də “Lill”in ilk “5-liy”ə daxil olmasıdı. “Strasbur” üzərində inamlı qələbə qazanan “şimallı itlər” səfərdə “Tuluza”ya uduzan “Renn”i arxada qoydu.

PSJ “Bavariya” ilə ÇL sınağı ərəfəsində daxili arenada iki çətin oyun keçirdi. Ölkə kubokunda “Marsel”ə uduzan parislilər bu dəfə “Monako”nun qonağı idi. Lider Messi, Mbappe, Verratti, Mukiele və Sanşeşin xidmətindən məhrum idi, üstəlik oyuna az qalmış bəzi futbolçularda bağırsaq infeksiyası aşkarlandı. Belədə Qaltye üç mərkəz müdafiəçili taktiki sxem seçdi ki, bunlardan biri Bitşiabu idi. Məhz 17 yaşlı futbolçu komandasını “dəfn etdi”. Oyuna aqressiv başlayan “Monako” artıq 4-cü dəqiqədə hesabı açdı. Ben Yedderin zərbəsindən sonra rəqibdən səkən top Qolovinin önünə düşdü, o da belə gözəl imkanı boşa vermədi. 18-ci dəqiqədə Bitşiabunun kobud səhvindən sonra “knyazlar” topu ələ keçirdi və Ben Yedder 2-ci qolu vurdu. “Monako” bundan sonra arxayınlaşdı, qonaqlar isə sadə, amma gözəl hücum nəticəsində qollardan birinin əvəzini çıxdı. Bu da ilk yarıdakı son qol olmadı. Uzatma dəqiqələrində Qolovin – Ben Seqir – Ben Yedder kombinasiyasını kapitan uzaq küncə dəqiq zərbə ilə bitirdi. Fasilədə PSJ-nin paltardəyişmə otağında əsl qalmaqal qopdu. Əvvəlcə təcrübəli oyunçular Bitşiabuya yüksək tonda iradlarını çatdırdılar, onun müdafiəsinə yalnız Markinyosla Pereyra qalxdı. Ardından Neymar Vitinya ilə Ekitikeyə hücum etdi, kobud şəkildə onlara düz oynamadıqlarını bildirdi. Nəhayət, idman məsələləri üzrə məsləhətçi Luiş Kampuşun futbolçuları idman qəzəbinin yoxluğunda suçlaması bardağı daşıran son damla oldu. Bu sözlər Neymarın xətrinə dəydi, Kampuşla münaqişəyə başladı. Belədə braziliyalını Markinyos dəstəklədi. Bir sözlə, PSJ-də, necə deyərlər, it yiyəsini tanımır.

Artıq 2-ci hissəyə Bitşiabu çıxmadı, onu Ramos əvəzlədi. Ardından Qaltye gənc Qarbi ilə sağlıq durumunda problem yaşayan Hakimiyə də şans verdi. Amma dəyişikliklərin faydası olmadı. Qapıda Donnarumma yox, bir başqası olsaydı, fərq biabırçı həddə çatacaqdı. Cari mövsümdə 3-cü dəfə uduzan PSJ ən yaxın izləyicisindən 5 xal önədi.

Həmin izləyici – “Marsel” isə səfərdə “Klermon”la qarşılaşdı. Oyun stadion önündə azarkeşlər arasındakı qarışıqlıq üzündən 50 dəqiqə gec başladı. Polis fanatları dağıtmaq üçün gözyaşardıcı qazdan yararlandı ki, bu da stadionda havanı ağırlaşdırdı. Hesab ilk yarının sonunda açıldı. Çam cərimə meydançasında əllə oynadığına görə hakim “nöqtə”ni göstərdi. Sançes zərbəni dəqiq yerinə yetirdi. Bu oyunda intriqanı da elə təcrübəli çilili forvard öldürdü. 81-ci dəqiqədə onun ilk zərbəsi dirəkdən döndü, ancaq ikincidə hədəfə düşdü.

Hesabat turunda PSJ ilə yanaşı, “Lans” da 3-cü məğlubiyyətlə barışdı. “Lion”un bombardiri Lakazett 23-cü dəqiqədə “qan-qızılılar”ın qapısına yol tapdı. Qonaqlar bu qolun əvəzini 39-cu dəqiqədə çıxdı. Kolumbiyalı müdafiəçi Maçado fərqləndi. Fasilə ərəfəsində zədələnən Lakazett 2-ci hissədə “şirlər”ə yardım edə bilmədi. Amma onun yoxluğunda oyunun taleyini 64-cü dəqiqədə vurduğu qolla Şerki həll etdi. Heç cür məğlubiyyətdən qurtula bilməyən “Lans” “Monako”nu özündən irəli buraxdı.

“Strasbur”u qəbul edən “Lill” elzaslılarla oyuna ciddi köklənmişdi. Meydan sahibləri rəqibi açıq-aşkar üstələdi. “İtlər”in qapıçısı Şevalye bu oyunda dincəldi. Oyunun taleyini 5 dəqiqə aralığında dubl edən Devid həll etdi. Kanadalı forvard əvvəlcə penaltidən yararlandı, ardından səkən topu boş qapıya göndərdi. Xalını 41-ə çatdıran “Lill” artıq 5-ci yerdədi. 6-cı yerdə isə səfərdə “Tuluza”ya 1:3 uduzan “Renn” qərarlaşıb.
Turun qalan oyunlarına gəlincə, “Nitsa” autsayderlərdən “Ayaçço”nu darmadağın etdi. Autsayderlərin – “Anje” ilə “Oser”in duelində qollu heç-heçə qeydə alındı. “Monpelye” evdə “Brest”in öhdəsindən asanlıqla gəldi – 3:0. “Reyms” isə “Trua”nın qapısından 4 cavabsız qol keçirdi. Bu oyunda da fərqlənən ingiltərəli Baloqun 15 qolla bombardirlərin yarışına başçılıq edir. Nəhayət, “Nant” “Loryan” üzərində Blasın qolu sayəsində qələbə qazandı.

23-cü tur
Monako – PSJ 3:1

Qolovin, 4. Ben Yedder, 18; 45+1 – Zair-Emeri, 39. (16500)
Monako: Nübel, Enrike, Maripan, Disasi, Agilar, Diatta, Fofana, Kamara (Matazo, 90+3), Qolovin (Yakobs, 80), Ben Yedder (Embolo, 72), Ben Seqir (Minamino, 72).
PSJ: Donnarumma, Bernat, Markinyos, Pembele (Hakimi, 66), Bitşiabu (Ramos, 46), Pereyra (Qarbi, 59), Vitinya (Kimpembe, 80), Zair-Emeri, Soler, Ekitike (Hüsni, 80), Neymar.
Klermon – Marsel 0:2
Sançes, 43-p.; 81. (13576)
Marsel: Lopes, Ronjye, Balerdi (Mbemba, 46), Jiqo (Beyi, 46), Kloss, Veretu, Genduzi (Kabore, 46), Kolaşinats, Malinovski, Ündər (Unai, 84), Sançes (Vitinya, 84).
Tuluza – Renn 3:1
Ratao, 26. Abuhlyal, 27. Dallinqa, 37 – Ruo, 55-öz qapısına. (21783)
Renn: Mandanda, Rodon (Omari, 70), Tryuffer, Teate, Spens, D.Due (Mayer, 69), Santamariya (Salah, 81), Burijo (Te, 70), Dokyu, Quiri, Kalimuendo (Toko-Ekambi, 63).
Lion – Lans 2:1
Lakazett, 23. Şerki, 64 – Maçado, 39. (53426)
Lans: Samba, Medina, Fofana, Sotoka (Labo, 77), Danso, Maçado (Aydara, 77), Füljini (Openda, 63), Qradit (Koşta, 69), Le Kardinal (Frankovski, 63), Əbdül Səməd, Tomasson.
Lill – Strasbur 2:0
Devid, 23-p.; 28. (30812)
Nitsa – Ayaçço 3:0
Dante, 3. Braimi, 69; 90. (20163)
Monpelye – Brest 3:0
Erel, 4-öz qapısına. Savanye, 17-p. Vai, 54. (12901)
Reyms – Trua 4:0
Munetsi, 10. Maolida, 45. Baloqun, 50. Kayuste, 82. (14054)
Anje – Oser 1:1
Raveloson, 2-öz qapısına – Ablin, 22-p. (7837)
Nant – Loryan 1:0
Blas, 66. (33579)
1. PSJ 23 17 3 3 55-20 54
2. Marsel 23 15 4 4 45-20 49
3. Monako 23 14 5 4 51-30 47
4. Lans 23 13 7 3 35-18 46
5. Lill 23 12 5 6 40-27 41
6. Renn 23 12 4 7 42-28 40
7. Nitsa 23 10 7 6 30-21 37
8. Loryan 23 10 6 7 35-35 36
9. Lion 23 10 5 8 35-25 35
10. Reyms 23 7 12 4 30-26 33
11. Tuluza 23 9 5 9 39-39 32
12. Klermon 23 8 6 9 24-31 30
13. Nant 23 6 10 7 24-26 28
14. Monpelye 23 7 2 14 34-45 23
15. Brest 23 4 8 11 24-38 20
16. Trua 23 4 7 12 33-52 19
17. Strasbur 23 3 9 11 27-41 18
18. Ayaçço 23 5 3 15 18-42 18
19. Oser 23 3 6 14 19-47 15
20. Anje 23 2 4 17 19-48 10

Bombardirlər: Baloqun (Reyms) – 15, Lakazett (Lion), Devid (Lill), Ben Yedder (Monako) – 14, Mbappe (PSJ) – 13.
Növbəti turun oyunları fevralın 17-19-u aralığında keçiriləcək: Oser – Lion, Nitsa – Reyms, Strasbur – Anje, Paris – Lill, Loryan – Ayaçço, Brest – Monako, Renn – Klermon, Trua – Monpelye, Lans – Nant, Tuluza – Marsel.

Turun rəqəmi
3 - PSJ ötən il martın 9-dan bəri ilk dəfə hissə ərzində bu qədər top buraxdı. Onda ÇL-in 1/8 final mərhələsinin cavab oyununda fasilədən sonra “Real”ın forvardı Benzema parisliləri üç dəfə məyus etmişdi.

Turun ulduzu
Vissam Ben Yedder (Monako) – kapitan komandasının qələbəsi üçün əlindən gələni etdi. Qolovinin qolunda iştirak etdi, fərqi artırdı, PSJ oyuna dönmək istəyəndə - hissənin sonunda isə rəqibin müqavimətini qırdı. Cari mövsümdə qol sayına 14-ə çatdıran Vissam yalnız Baloqundan geri qalır.

Turun sitatı
Canluici Donnarumma, PSJ-nin qapıçısı: “Məğlubiyyətə bəraət yoxdu. Məyusuq və azarkeşlərdən üzr istəməliyik. Hələ ki liderik. Çətin vəziyyətdəyik, ancaq nikbinliyi itirməməliyik”.

Fakt
“Monako” son 3 oyunun ikisində PSJ-yə qalib gəlib. Paytaxt klubu “knyazlar”ı sonuncu dəfə 2021-ci il dekabrın 12-də məğlub edib. Ötən il “Monako” PSJ-ni darmadağın edib (3:0), avqustun 28-də isə komandalar heç-heçə edib (1:1).

Oyundan sonra
Kristof Qaltye, PSJ-nin baş məşqçisi: “Faciəvi starta görə qəzəb içindəyəm. Fərqi azaldandan sonra müəyyən ümid yaransa da, əks-hücumda 3-cü qolu buraxdıq. 1:3-dən sonra məğlubiyyətdən qurtulmaq çətin idi. Bəzi futbolçularımız yoxdu, komandanı virus bürüyüb. İndi bizdə çətin dövrdü – oyunçular üçün də, fanatlar üçün də. Çərşənbə axşamı bizi “Bavariya” ilə çətin oyun gözləyir. Mövsüm canlanandan sonra çox qol buraxırıq, balansı tapmaq lazımdı. 2-ci hissədə rəqib qapısına zərbə vurmadıq, başverənlərə reaksiya göstərə bilmədik. Messi bazar ertəsi məşqə qoşulmalıdı, Mbappenin dönmə vaxtı isə zədəsindən asılı olacaq”.
LİQA 2
23-cü tur: Sent-Etyen – Dijon 2:0, Bastiya – Keviyi 0:1, Qrenobl – Pau 1:1, Genqam – Valensyenn 3:1, Laval – Annesi 1:1, Nyor – Bordo 3:1, Rodez – Nim 1:1, Soşo – Havr 1:1, Mets – Kan ???.
“Paris” – “Amyen” oyunu təxirə salınıb.
1. Havr 23 13 9 1 33-10 48
2. Soşo 23 12 4 7 37-21 40
3. Bordo 23 11 6 6 32-19 39
4. Qrenobl 23 10 7 6 24-19 37
5. Mets 22 10 6 6 35-24 36
6. Keviyi 23 9 7 7 28-25 34
7. Bastiya 23 10 4 9 22-25 34
8. Amyen 22 9 6 7 26-24 33
9. Kan 22 8 8 6 26-23 32
10. Genqam 23 8 6 9 29-32 30
11. Annesi 23 7 8 8 25-23 29
12. Valensyenn 23 7 8 8 22-27 29
13. Paris 22 7 7 8 18-23 28
14. Laval 23 8 4 11 28-35 28
15. Pau 23 6 9 8 20-27 27
16. Sent-Etyen (-3) 23 7 6 10 33-38 24
17. Nim 23 6 5 12 23-34 23
18. Nyor 23 6 5 12 22-36 23
19. Dijon 23 5 6 12 21-29 21
20. Rodez 23 4 9 10 20-30 21

Bombardirlər: Maya (Bordo), Krasso (Sent-Etyen), Mikautadze (Mets) – 11.

Yeri gəlmişkən...
Fransa kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Fevralın 28-i və martın 1-də keçiriləcək oyunlarda bu cütlər qarşılaşacaq: Lion – Qrenobl (D-2), Nant – Lans, Tuluza – Rodez (D-2), Marsel – Annesi (D-2).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-10-2022, 16:0

Messi və Qatye Fransada "at oynadır"

Dünya futbolu

9-08-2022, 16:0

Liqa 1-in ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Bu gün, 13:52
    San Marinoya da yox da!
  • Bu gün, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Bu gün, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
  • Bu gün, 12:57
    U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq
  • Bu gün, 12:46
    Millimiz seçmə mərhələdə son oyununu keçirəcək
  • Bu gün, 12:42
    Transfer dosyesi
  • Bu gün, 12:29
    U-20 millimiz Pakistanla üz-üzə
  • Bu gün, 12:13
    “Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı
  • Bu gün, 11:55
    Nicat Mehbalıyev "Şəfa"da
  • Bu gün, 11:35
    Türkiyə yığmasını müşayiət edən polis qəzaya düşdü
  • Bu gün, 11:20
    Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?
  • Bu gün, 10:56
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 10:27
    AFFA nümayəndələri “Football Conference Baku” tədbirində
  • Bu gün, 10:00
    U-21 millimiz Qırğızıstana qarşı
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 190
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə