• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Derbinin nəticəsi ən çox “Qalatasaray”ı sevindirdi – TƏHLİL

Dünya futbolu

5-04-2023, 19:0

Şənbə günü “İstanbul BŞ” çətinliklə də olsa, “Ankaragücü”nü yenərək rəsmi matçlarda 6 oyunluq qələbəsiz seriyaya son qoydu.

"Football-plus.az" xəbər verir ki, qonaqların ikinci yarının əvvəllərində penaltini boşa verdiyini də bildirək. Paralel keçən matçda “Trabzonspor” “Kayserispor”u qəbul etdi. Yeni prezident Ərtuğrul Doğanın ayağı kluba düşərli olmadı. Düzdü, məğlubiyyəti bununla izah etmək düzgün deyil. Son çempion zatən mövsümün əvvəlindən bəri qeyri-sabit oynayır və bu görüş də istisna olmadı. Məhsuldar keçən qarşılaşmanın gedişində qaradənizlilər 2 topluq fərqi aradan qaldırsalar da, xal qazanmaq mümkün olmadı. Yekun nəticəni qonaqların portuqaliyalı yarımmüdafiəçisi Karloş Mane müəyyənləşdirdi. “Trabzonspor” bu mövsüm superliqada 4-cü dəfə bir oyuna ən azı 4 top buraxdı. Bu, son 21 ildə komandanın ən pis göstəricisidi.
Günün son oyununda “Qalatasaray” yaxşı heyətə malik olan “Adana Dəmirspor”u qəbul etdi. Adanalılar liderə layiqincə müqavimət göstərdilər. Vinçentso Montellanın kollektivi bir qədər diqqətli olsaydı, evə nəinki 1, hətta 3 xalla da qayıda bilərdi. İlk yarıda sabiq “Qalatasaray”lılar – Əmrə Akbaba ilə Onyekurunun zərbələri dirəkdən döndü. İkinci yarının ortalarında isə Nelsson son anda topu qapı xəttindən uzaqlaşdırdı. Matçın sonlarına yaxın təzyiqi artıran “Cim-Bom” özünə lazım olan qolları vurmağı bacardı. Okan Burukun əvəzetmələri işə yaradı. 86-cı dəqiqədə Midtşö Kroossayağı topu yerlə qapıçı üçün əlçatmaz olan nöqtəyə göndərdi. 29 yaşlı norveçli yarımmüdafiəçi İstanbul nəhəngində 18-ci rəsmi oyunda ilk qolunu vurdu. Yekun nəticəni penaltini dəqiq yerinə yetirən Zanyolo müəyyənləşdirdi. Zanyolo son 15 ildə “Qalatasaray”ın heyətində ilk iki rəsmi oyunda sonradan meydana çıxaraq qol vuran birinci futbolçu oldu. Öz meydanında “Adana Dəmirspor”u ardıcıl 9-cu oyunda yenən “Qalatasaray” çempionluq yolunda növbəti mühüm maneəni dəf edərək liderliyini davam etdirdi.

Bazar gününün oyunları məhsuldar keçdi. “Konyaspor” autsayder “Ümraniyəspor”la oyunda son saniyələrdə məğlubiyyətdən qurtuldu. Yığmamızın üzvü Mahir Emreli superliqada 3-cü qarşılaşmada da hesabına qol və ya məhsuldar ötürmə yaza bilmədi. “Girəsunspor”la səfər oyununda 84-cü dəqiqəyə qədər 2 top fərqi ilə üstün olan “Alanyaspor” Ərsun Yanalın başçılığı altında 3-cü oyunda ilk qələbəsini qazanmağa yaxın idi. Amma meydan sahibləri qalan vaxtda məğlubiyyətdən qurtulmağı bacardılar.

Günün və turun əsas oyunu Kadıköydə keçirildi. “Fənərbaxça” “Qalatasaray”ı çox irəli buraxmamaq üçün derbidə mütləq qalib gəlməliydi. Amma necə deyərlər, sən saydığını say, gör “Qartal” nə sayır. Jorje Jezuş cəzalı olduğundan derbidə onun səlahiyyətlərini köməkçisi icra edirdi. “Fənər” ilk yarıda fanatların və hakimin dəstəyi ilə rəqibinin “kürəyini yerə vurmağı bacardı”. Həmişəki kimi “sarı-lacivərdlilər”in bütün hücumlarında Valensiya baş rolda idi. Təcrübəli forvard əvvəlcə təkbətəki boşa versə də, fasilə ərəfəsində penaltidən hesabı açdı. Amma qeyd etmək yerinə düşər ki, gənc Arda Gülər hər nə qədər penalti ərəfəsində gözəl hərəkətlərlə yadda qalsa da, toxunuşdan əvvəl artıq yıxılmağa başladı. İkinci hissənin əvvəllərində “Beşiktaş”ın durumu bir qədər də qəlizləşdi. Velinton qapıçı ilə təkbətək çıxan Valensiyaya qarşı kobud oynayınca həm penaltiyə səbəbkar oldu, həm də ikinci sarı vərəqə ilə meydandan qovuldu. Valensiya hesab arasındakı fərqi artırıb qəhrəmana çevrilmək əvəzinə topu dirəyə vuraraq anti-qəhrəmana çevrildi! Bu epizod matçın qırılma anıd oldu və sonrakı dəqiqələrdə meydanda ağlasığmaz hadisələr yaşanmağa başladı. “Beşiktaş”ın sanki ikinci nəfəsi açıldı. Buna qədər karyerasında “Fənər”ə qarşı keçirdiyi 14 rəsmi oyunun heç birində qol vura bilməyən Cenk Tosun 4 dəqiqə ərzində dubl edərək stadiona toplaşanları şoka saldı. Nokauta düşən boksçunu xatırladan “Fənər” sona qədər də ayağa qalxa bilmədi. Qalan müddətdə qonaqlar hətta hesabı darmadağı həddinə çatdırdılar! Amma İrfan Can Kahveci fərqi 2 topa endirərək yekun nəticəni müəyyənləşdirdi. Şenol Günəş məşqçi karyerasında “Fənər”ə qarşı səfərdə 22-ci superliqa oyununda ilk dəfə qələbəyə sevindi (6 heç-heçə, 15 məğlubiyyət). Çempionluq yolunda çox ağır yara alan “Fənər”də fanatların istefaya səslədiyi başqan Əli Koçun, eləcə də Jezuşun bundan sonra nə edəcəyi maraq doğurur. Bu məşqçinin dönəmində komanda nəhənglərə qarşı keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (1 heç-heçə, 3 məğlubiyyət). Bu nəticə, heç şübhəsiz, ən çox “Qalatasaray”a sərf etdi. Yenidən belə desək, bütün iplər “Aslan”ın əlinə keçdi.

Turun rəqəmi
4 – “Beşiktaş”ın Kadıköylə bağlı maraqlı tendensiyası var. “Qartal” burda ya qələbəyə həsrət qalır, qalib gələndə də, adətən, 4 qol vurur! Son 19 mövsümə nəzər salsaq, “ağ-qaralar”ın “Ülkər” stadionunda 3 qələbəsi var (7 heç-heçə, 10 məğlubiyyət). Bu qələbələrin hər birində komanda əsil dastan yazaraq 4 qol vurub. Əvvəlki 2 qələbə 2004/05 və 2020/21-də qeydə alınmışdı (hər ikisi 4:3). Bundan başqa, Abubakar da “Fənər”ə qarşı derbiləri sevir. Kamerunlu forvard Türkiyə karyerasında bu rəqibə qarşı keçirdiyi 5 qarşılaşmanın heç birində məğlubiyyət acısı yaşamayıb (2 qələbə, 3 heç-heçə) və bu oyunlarda 4 qol vurub.

Turun ulduzu
Natan Redmond (Beşiktaş) – bəlkə də mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq. Amma Kadıköydə göstərdiyi şou derbi tarixinə əbədi həkk olundu. Fasilədən sonra meydana çıxan 29 yaşlı ingiltərəli vinger 2-ci hissənin ortalarında 18 dəqiqə aralığında 1 qol, 2 məhsuldar ötürməlik performansla “Fənərbaxça”nı mat etdi. Bu azmış kimi, son dəqiqələrdə Abubakarın da qol vurmasına şərait yaratdı. Özü də bütün bunlar “Beşiktaş” azlıqda oynaya-oynaya baş verdi. Redmond 21-ci əsrdə Türkiyə çempionatında sonradan meydana çıxaraq 4 qolda yaxından iştirak edən ilk futbolçu oldu!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

12-11-2022, 20:0

Son çempion ötən mövsümkü qrafikindən 10 xal geridədi

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

19-03-2022, 20:0

''Trabzonspor'' rekordunu təkrarlaya bilmədi

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə