İbrahimoviç uzun müddət yaşıl meydanlardan kənarda

25.05.2022 21:45 564
Dünya futbolu
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Milan" əməliyyatın yaxşı keçdiyini bildirib. 40 yaşlı futbolçunun 7-8 ay oynamayacağı vurğulanıb.

Qeyd edək ki, oktyabrda 41 yaşı tamam olacaq Zlatanın klubla müqaviləsi iyunun 30-na kimidir. İsveçli hücumçu A seriyasında başa çatan mövsümdə 23 matçda 8 qol vurub.