İbrahimoviç üçün növbəti “istirahət”

1.04.2023 14:12 279
Dünya futbolu
Zlatan İbrahimoviç növbəti dəfə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, İsveç yığmasının düşərgəsində sağ bud əzələsi zədələnən futbolçunun bir neçə həftə oynaya bilməyəcəyi açıqlanıb.

41 yaşlı hücumçunun aprelin 2-də “Napoli”yə, aprelin 8-də isə “Empoli”yə qarşı oyunları buraxacaq. Zlatanın “Milan”a ayın 16-da “Bolonya” ilə keçiriləcək çempionat matçında kömək edəcəyi gözlənilir.

Sıraya yenicə dönən İbrahimoviç bu mövsüm A seriyasında 4 oyun keçirib və 1 qol vurub.