“El Klasiko”da iştirakı sual altındadı

4.04.2023 19:55 287
Dünya futbolu
“Real” İspaniya kubokunun “Barselona” ilə oyununa aparıcı oyunçularından biri olmadan çıxa bilər.

“Football-plus.az” xəbər verir ki, Antonio Rüdigerin yarımfinalın cavab matçında çıxışı sual altındadı. Alman futbolçu La Liqanın “Valyadolid”lə son oyununu (6:0) buraxıb. Onun dizindəki problemini tam sağaltmaq ehtimalı azdı.

“El Klasiko” sabah saat 23.00-da başlayacaq. Xatırladaq ki, “Real” İspaniya kubokunun ilk yarımfinal oyununda evdə əzəli rəqibinə minimal hesabla məğlub olub.