“Real” Çempionlar Liqasının qrup mərhələsinin “Seltik” ilə son oyununa itkilərlə çıxa bilər.
Komandanın hücumçusu Kərim Benzema ilə yarımmüdafiəçisi Orelyen Çuameninin sabahkı matçda iştirakı sual altındadı. Hər iki futbolçu bazar ertəsi məşqlərini fərdi proqram əsasında keçiriblər. Onların qlazqolulara qarşı oynayıb-oynamayacağı son məşqdən sonra müəyyənləşəcək.