Fransalı futbolçu 5 ilin tamamında Azərbaycan millisində oynaya biləcəyini qeyd etmişdi. Amma o, federasiyadan bununla bağlı təklif almadığını da bildirmiş. Məsələ ilə bağlı AFFA ilə əlaqə saxladıq. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla "Football-plus.az" saytına bunları dedi:
"Abdulla Zubirin milliləşdirilməsi üçün hələ müəyyən bir müddət var. Gələcəkdə nə olacağını söyləyə bilmərik. Ümumiyyətlə, oyunçunun milliləşdirilməsi ilə bağlı qərarı federasiyası vermir. Baş məşqçisinin istəyi bu istiqamətdə lazımi addımlar atılır".
İLKİN SULTANLI


