Roman Abramoviç yeni klub alacaq.
Rusiya mənbələri “Çelsi”nin sabiq sahibinin “Spartak”ın səhmlərinə sahib çıxacağını xəbər verir.
Moskva klubunun hazırkı sahibi Leonid Fedun bir neçə gün əvvəl “Lukoyl”un vitse-prezidenti vəzifəsindən ayrılıb. Onun “Spartak”ı satmağı düşündüyü iddia edilir. Abramoviç isə Rusiyanın ən titullu klubunu almaq fürsətini əldən vermək istəmir.
55 yaşlı biznesmenin “Çelsi”ni Rusiyanın Ukraynaya hərbi hücumuna görə satmağa məcbur olduğunu bildirək.