Misli premyer-liqası fasiləyə yollanıb.
"Football-plus.az" xəbər verir ki, bunun səbəbi yığmamızın AÇ-2024-ün seçmə mərhələsində mübarizəyə başlamasıdı.
Canni de Byazinin rəhbərlik etdiyi komanda F qrupunda ilk oyununu keçirib.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
24 mart
Avstriya – Azərbaycan 4:1
Marsel Sabitzer, 27, 50, Mixael Qreqoritş, 29, Kristof Baumqartner, 69 - Emin Mahmudov, 64
Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner.
Baş məşqçi: Ralf Ranqnik
Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü.
Baş məşqçi: Canni De Byazi
Lins. “Raiffeisen Arena” . Saat 23.45