“Birinci oyuna görə “Hapoel”in üstün olacağını düşünürəm” – “Sabah”ın ilk əcnəbi futbolçusu

25.08.2026 17:43 23
Manşet / Avrokuboklar
“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç “bayquşlar”ın bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə qarşı keçirəcəyi cavab oyunu haqda danışıb.

“Football-plus.az” xəbər verir ki, serbiyalı müdafiəçi “ONE” nəşrinə bunları deyib:

“Hapoel” nəticə qazanmaq üçün nə etməli olduğunu yaxşı bilir. Bunu cari mövsümdə də bir neçə sübut edib. Əks halda, liqa mərhələsinin biraddımlığına çata bilməzdilər. Bu axşam çox maraqlı oyun olacaq. Məncə, gözlənilməz hadisə baş verə bilər. Vaxtilə “Sabah”da yaxşı illər keçirmişəm. Komanda gəncdi. Bu klubun ilk əcnəbi futbolçusuyam. “Sabah”ın gücü komanda şəklində fəaliyyət göstərməsindədi. Heyətlərində çox keyfiyyətli həm yerli, həm də əcnəbi futbolçular var. Baş məşqçi Valdas Dambrauskas da çox təcrübəlidi. Bu səbəbdən, “Hapoel” üçün asan oyun olmayacaq. “Sabah” hər il inkişaf edir. İndi daha yaxşı təşkilatçılıq bacarıqları var. Büdcəsi daha böyükdü. Bu üzdən, ambisiyaları da yüksəkdi. Bu klubda rəhbərlik futbolçulara hörmət edir. O vaxt “Sabah”ın yaxın gələcəkdə çempion olacağını deyəndə mənə gülmüşdülər. Çünki “Qarabağ” toxunulmaz, eyni zamanda ölkənin ən güclü klubu idi. Bu gün “Sabah”ın çox yaxşı hücum xətti var. Hətta deyərdim ki, bütün futbolçuları qol vura bilər. Ümumiyyətlə, “Sabah”dan cəsarətli oyun gözləyirəm. Onlar rəqibə şans verməməyə çalışacaqlar. İlk dəqiqələrdən hücum edəcəklər ki, aradakı fərqi aradan qaldırsınlar. “Hapoel” qalib gəlmək istəyirsə, rəqibin cərimə meydançasında çox fəal olmalıdı. Bununla belə, stadion dolu olacaq. Azarkeşlər komandalarına böyük dəstək verəcəklər. Onu da bildirim ki, Azərbaycan xalqı çox qonaqpərvərdi. Əmin olun ki, Bakıda hansısa problemlə rastlaşmayacaqsız”.

İvanoviç sonda hansı komandaya azarkeşlik edəcəyini də açıqlayıb:

“Açığı, ilk oyuna görə “Hapoel”in üstün olacağını düşünürəm. Ancaq “Sabah”a azarkeşlik edəcəm. Ümid edirəm ki, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanarlar”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul