“Sabah” mərc həvəskarlarına jest edə biləcəkmi? – ikiqat qazanc

25.08.2026 16:57 15
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel”i qəbul edəcəyi matça bir neçə saat qaldı. Təbii ki, bu ərəfədə hamını maraqlandıran suallardan biri də hansı komandanın daha şanslı olduğudu. Heç şübhəsiz, favorit ilk matçda 2:1 hesablı qələbə qazanan Beer-Şeva təmsilçisidi.

Bəs, bukmeker kontorlarının bu istiqamətdə proqnozları necədi?

“Football-plus.az” “Misli.az”a istinadla qarşılaşma üçün təyin olunan əmsalları diqqətinizə çatdırır.

“Sabah”ın qələbəsi – 1,91
Heç-heçə - 3,63
“Hapoel”in qələbəsi – 3,42


Xatırladaq ki, “Tofiq Bəhramov”da keçiriləcək qarşılaşma saat 20.45-də başlayacaq.

KƏNAN BAHADIR