Uqo Lyoris beynəlxalq karyerası ilə bağlı qərar verib.
Football-plus.az xəbər verir ki, o, Fransa millisindəki çıxışını başa vurub. 36 yaşlı qapıçı bu haqda özü açıqlama verib: “Mən yığmadan ən yüksək səviyyədə ayrılmağa üstünlük verirəm”.
Lyoris milli komandada 2008-ci ildən çıxış edirdi. Ötən müddətdə 145 oyuna çıxıb. “Tottenhem”iin oyunçusu bu matçların 121-də kapitan sarğısını daşıyıb. O, DÇ-2022-də Fransa millisində keçirdiyi oyunların sayına görə rekord müəyyənləşdirib. DÇ-2018-in və Millətlər Liqasının 2020/21 mövsümünün qalibi olan Uqo AÇ-2016 və DÇ-2022-nin gümüş mükafatını qazanıb.
Onun gedişindən sonra milli komandada kimin əsas qapıçı olacağı böyük ölçüdə müəyyənləşib.
“Ekip” nəşrinin xəbərinə göə, baş məşqçi Didye Deşamın ilk seçimi “Milan”ın oyunçusu Mayk Menyan olacaq. O, hazırda zədəsini sağaltmağa davam edir. Bu səbəbdən Stiv Mandanda bir oyunda əsas heyətdə şans qazana bilər.