“Hesab 1:0 olacaq, qolu da Zlatanoviç vuracaq” – israilli jurnalist münəccimlik etdi

25.08.2026 15:55 23
Aktual / Müsahibə
Bu gün keçiriləcək “Sabah” – “Hapoel” oyununu işıqlandırmaq üçün ölkəmizə İsraildən xeyli jurnalist gəlib.

“Sport_5” kanalında çalışan həmkarımız Hadar Yakobi də onlardan biridi.

- Azərbaycana səfəriniz necə keçir?
- Çox təəccübləndim. Şəhəriniz və insanlarımız çox xoşuma gəldi. Burda hər kəs çox isti və səmimidi. Bu baxımdan İsrailə bənzəyir. “Marriot Hotel”də məskunlaşmışıq. Buranı bəyəndim.

- “Hapoel”i dəstəkləmək üçün Azərbaycana neçə azarkeş gəlib?
- Bizə deyilənə görə, təxminən 600 azarkeş gəlib.

- Bu saya digər ölkələrdən gələn azarkeşlər də daxildi?
- Xeyr, yalnız İsraildən gələn azarkeşlərdi.

- Oyunla bağlı düşüncələriz necədi?
- Məlum olduğu kimi, “Hapoel” ötən həftə çox yaxşı nəticə əldə etdi. İnanıram ki, bu dəfə daha yaxşı oyun göstərəcəklər. Ümid edirəm ki, yanılmaram.

- Hesab proqnozunuz necədi?
- Düşünürəm ki, hesab 1:0 olacaq. Komandamız qalib gələcək.

- Bəs həmin qolun müəllifi kim olacaq?
- İqor Zlatanoviç.

- “Sabah” haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, yaxşı komandadı, yaxşı futbol oynayır. Çox yaxşı baş məşqçisi var. Çətin oyun olacaq. Yenə də ümid edirəm ki, “Hapoel” qələbə qazanacaq.

- “Hapoel” liqa mərhələsinə vəsiqə qazansa, bunu klub üçün tarixi uğur saymaq olar?
- İsraildə bunu bacaran çox komanda olmayıb. Yanılmıramsa üç komanda liqa mərhələsində iştirak edib. “Hapoel” bu mərhələni keçsə, klub tarixində ilk dəfə bunu bacaracaq. Eyni zamanda, liqa mərhələsinə vəsiqə qazanan dördüncü İsrail komandası olacaq.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul