Rus mütəxəssis “milyonçu” olacaq

29.03.2023 21:15 204
İdman
KHL təmsilçisi “Metallurq”un yeni baş məşqçisi bəlli olub.

“Football-plus.az” xəbər verir ki, Maqnitoqorsk klubunu Andrey Razin çalışdıracaq. Məşqçi ilə “1+1” illik müqavilə imzalanıb. Klub gələn mövsüm KHL-in pley-off mərhələsinə yüksəlsə, sazişin müddəti 1 illik artırılacaq. Onun maaşı 35 milyon rubl olacaq.

Qeyd edək ki, Razinin son klubu “Severstal” olub. Mütəxəssis 2018-ci ildən Çerepovest təmsilçisinə rəhbərlik edib.

İLKİN SULTANLI